BolgeXeber.Com » Siyasət » Əli İnsanov azadlığa buraxılır

Əli İnsanov azadlığa buraxılır

7-09-2012, 11:30
Oxunub: 4 072
[justify]Sabiq nazirin işi ilə bağlı Avropa Məhkəməsində sürpriz qərar hazırlanır

Prosesi yubatmaq üçün Azərbaycan hökumətinin lobbistləri hərəkətə keçib

Bu ilin oktyabrında keçmiş səhiyyə naziri Əli Insanov azadlığa çıxa bilər. Avropa Məhkəməsinə yaxın mənbədən məlum olub ki, bir neçə aydan sonra Strasburqda Ə.Insanovla bağlı yekun qərar elan olunacaq. Mənbə iddia edir ki, Ə.Insanovun barəsində çıxarılan hökmdə onun azadlığa buraxılması ilə yanaşı bir sıra sürpriz məqamlar da yer ala bilər.
Güman edilir ki, Ə.Insanovla bağlı çıxarılan qərarın icrası E.Fətullayevlə bağlı Azərbaycana qarşı çıxarılan qərarla eyni ola bilər.
Xatırladaq ki, həmin qərarda məhkəmə E.Fətullayevi dərhal azadlığa buraxılmasını tələb etmişdi. Onu da xatırladaq ki, Ə.Insanovun işi ilə bağlı kamunikasiya iki il əvvəl yekunlaşıb. Və qaydalara əsasən məhkəmə müraciət edənin ictimai-siyasi əhəmiyyətini, sağlamlığındakı problemləri nəzərə alaraq artıq Ə.Insanovla bağlı qərarını çıxarmalı idi. Amma mənbənin bizə verdiyi daha bir məlumatda vurğulanır ki, Azərbaycan hökumətinə xidmət edən lobbistlər məhkəmə qərarının bir müddətə elanının qarşısını almağa müvəffəq olublar. Amma Ə.Insanovun və ictimaiyyətin məhkəməyə müraciətləri nəzərə alınaraq, hökmün bir neçə aya elan olunacağı gözlənilir.
Məsələyə aydınlıq gətirmək üçün Ə.Insanovun vəkili Toğrul Babayevlə danışdıq. O bildirdi ki, Ə.Insanovla bağlı Avropa Məhkəməsinə bir neçə müraciət olunub. Amma Avropa Məhkəməsi bu yaxınlarda keçmiş səhiyyə naziri barədə hökm çıxarmağı düşünürsə, o zaman bu, Ə.Insanov barəsində 11 ilik həbs cəzası verən Ağır Cinayətlərə Dair Məhkəmənin qərarı ilə bağlı ola bilər. Bu baxımdan vəkil bir neçə aya Avropa Məhkəməsinin Ə.Insanov barəsində hökm çıxaracağını istisna etmir. Çünki vəkil də bildirdi ki, işlə bağlı kommunikasiya artıq bitib və qaydalara görə, hökmün çıxarılması vaxtıdır.
[/justify]