BolgeXeber.Com » Dünya » Rusiya səfirini öldürən terrorçu belə məhv edildi – TƏFƏRRÜAT

Rusiya səfirini öldürən terrorçu belə məhv edildi – TƏFƏRRÜAT

21-12-2016, 17:42
Oxunub: 3 165 Rusiya səfirini öldürən terrorçu belə məhv edildi – TƏFƏRRÜATİki gün əvvəl Ankaradakı sərgi salonunda Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi olayı ilə bağlı yeni faktlar üzə çıxıb

Bolgexeber.com Lent.az-a istinadən xəbər verir ki, sözcü.com.tr Andrey Karlovun qatilinin necə öldürüldüyünü prokurorluqdakı qaynaqlardan öyrənib.

Bildirilir ki, Mert Altıntaş dekabrın 19-da yerli vaxtla saat 19:05-də Karlova atəş açaraq onu öldürüb. Dərhal sonra türk və ərəb dilində bəzi sözləri deyən qatil salondakı fotoları divardan sökməyə başlayıb. Hadisə yerinə ilk olaraq polislər saat 19:27-də yaxınlaşıb. “Təslim ol” çağırışına atəşlə cavab verən M.Altıntaş yerə uzanaraq müqavimətə davam edib. Az sonra divarın arxasına keçən 22 yaşlı polis əməkdaşı ilk olaraq saat 19:32-də ayağından yaralanıb.

Onun ayağında ümumilikdə 4 güllə yarası aşkarlanıb. Lakin yaralanmasına baxmayaraq, M.Altıntaş uzanıqlı vəziyyətdə atəş açmağa davam edib və çevik polis alayının əməkdaşlarının saat 19:42-də açdığı atəş onun boyun nahiyəsinə dəyib.

Bununla da terrorçu hərəkətsiz vəziyyətə düşüb.

Maraqlıdır ki, M.Altıntaş zərərsizləşdiriləndən sonra olay yerinə cəmləşən polislər birdən-birə dağılışıb. Onlar bunu M.Altıntaşın üzərində və ya binada partlayıcı olma ehtimalına görə ediblər. Bir neçə dəqiqədən sonra partlayıcının olmadığı dəqiqləşib və tibb xidməti saat 19:49-da binaya daxil olaraq səfirə yardım göstərməyə çalışıb.