BolgeXeber.Com » İdman » Azərbaycan Kubokunda yarımfinalçılar məlum oldu

Azərbaycan Kubokunda yarımfinalçılar məlum oldu

21-12-2016, 20:15
Oxunub: 3 197 Azərbaycan Kubokunda yarımfinalçılar məlum olduBu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub

İlk oyunda səfərdə "İnter"ə 2:0 hesabı ilə məğlub olan "Kəpəz" Gəncədə də paytaxt təmsilçisi ilə bacara bilməyib - 0:0.

"Sumqayıt"ın qonağı olan "Qarabağ" bu dəfə də rəqibini böyük hesabla məğlub edib - 5:2 (ilk oyun 6:0).

AZAL isə "Qəbələ"ni qəbul edib. Oyunda yeganə qolu 53-cü dəqiqədə Asif Məmmədov vurub. Doğma meydanda da "təyyarəçilər"i məğlub edən (2:1) region təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

İlk oyunda "Zirə"yə 3:0 hesabı ilə qalib gələn "Neftçi" cavab görüşündə məğlub olsa da, yarımfinala yüksəlib - 1:2.

İlk və cavab oyunlarının ümumi nəticəsinə əsasən yarımfinal cütlükləri:

“Neftçi” – “Qarabağ”
“İnter” – “Qəbələ”

Azərbaycan Kubokunda ½ final mərhələsinin ilk oyunları 30 mart, cavab görüşləri isə 5 aprel tarixində keçiriləcək.