BolgeXeber.Com » Analitika » Günah da bağışlanılanlar kateqoriyasına daxildir...

Günah da bağışlanılanlar kateqoriyasına daxildir...

22-12-2016, 12:22
Oxunub: 4 671 Günah da bağışlanılanlar kateqoriyasına daxildir...Təhsil haqqında Qanunda da məktəbəqədər təhsil təhsilin ilk pilləsi kimi xarakterizə olunur

Son günlər, xüsusilə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin Bakıdakı bağçaların Bakı Şəhər İcra Hakimiyyətindən alınıb Təhsil Nazirliyinə verilməsinin qanun layihəsində öz əksini tapmadığı barədə açıqlamasından sonra sosial mediada “Hacıbala Abutalıbov qalib gəldi”, “Hacıbala Abutalıbov bağça məsələsində nazirliyə qalib gəldi”, “Hacıbala Abutalıbov Mikayıl Cabbarova qalib gəldi “, “Hacıbala Abutalıbov nazirliyə qalib gəldi”… və s. bu kimi başlıqlı yazılar və statuslar geniş yer alıb.
Belə bir qənaətə gələnlərə xatırlatmaq yerinə düşərdi ki, Komitə sədrinin “Bağçaların hansı icra hakimiyyəti orqanının tabeliyində fəaliyyət göstərməsi məsələsi “Məktəbəqədər təhsil haqqında” qanunun predmeti deyil. Bu məsələ, müvafiq icra hakimiyyəti orqanının fəaliyyəti ilə müəyyən olunur.” məzmunlu açıqlaması heç də o anlama gəlmir ki, sözügedən məsələyə birdəfəlik nöqtə qoyulub.
“Məktəbəqədər təhsil haqqında” qanunun predmeti deyil” ifadəsi son dərəcə konkret və anlaşıqlı şəkildə sadəcə olaraq bu məsələnin adı çəkilən “Qanun”un predmetinə aid olmamasına işarədir. Başqa sözlə desək məktəbəqədər təhsil müəssisələrinin hansı icra hakimiyyətinin-Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində qalması və ya Təhsil Nazirliyinin tabeliyinə verilməsi birbaşa Prezidentin səlahiyyətinə aid olan məsələdir və bu barədə də dəfələrlə rəsmi bəyanatlar verilib.
Bir daha xatırladaq ki, uşaq bağçaları Ölkə başşısının sərəncamına əsasən 2011-ci ildə bir sıra obyektiv səbəblərdənTəhsil Nazirliyinin tabeliyindən çıxarılaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdi. Artıq vəziyyət dəyişib, yeni vəzifələr və konkret hədəflər müəyyənləşdirilib.Təhsil Nazirliyinin keçmiş rəhbərliyinin özəlləşdirmə sahəsində yol verdiyi nöqsanların aradan qaldırılması istiqamətində addımlar atılır. Özəlləşdirmə ilə bağlı müddəa“Məktəbəqədər təhsil haqqında” qanunun yeni variantda öz əksini tapmayıb. Komitə sədrinin vurğuladığı kimi deputatların, ekspertlərin fikirləri, ictimai rəy bundan ibarət oldu ki, özəlləşdirmə məktəb və təhsil sahəsinə fayda verə bilməz. Buna görə də, məsələ qanun layihəsindən çıxarıldı və məsələyə nöqtə qoyuldu.
Hazırda Azərbaycanda məktəbəqədər yaşda uşaqların məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Belə ki, 1-5 yaşlı uşaqların cəmi 14 faizi məktəbəqədər təhsillə əhatə olunur.
Rəsmi statistik məlumatlara görə, 2015-ci ildə Azərbaycanda 1722 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib ki, bunlardan 1079-u körpələr evi, 631-i uşaq bağçası, 4-ü məktəb-uşaq bağçası, 8-i isə xüsusi uşaq bağçasıdır.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması, məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması vəzifəsi irəli sürülərkən yeni məktəbəqədər müəssisələrin tikilməsinə baxmayaraq məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin hələ də aşağı olması, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil etməsi, Əslində, yeni qanunda məktəbəqədər təhsilə təhsil pillələrinin tərkib hissəsi kimi baxılır.Təhsil Haqqında Qanunda məktəbəqədər təhsil bütövlükdə təhsilin ilk səviyyəsi kimi xarakterizə olunur. təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsi, təhsil sistemini idarə edən orqanların səlahiyyətlərinin, funksiyalarının və məsuliyyətinin dəqiq müəyyənləşməsi göstərilib.

Təhsil haqqında Qanunda da məktəbəqədər təhsil təhsilin ilk pilləsi kimi xarakterizə olunur

Təhsil sahəsində dövlət siyasətinin keyfiyyətlilik, səmərəlilik, fasiləsizlik, vəhdətlik, daimilik, varislik, inteqrasiya kimi əsas prinsipləri də təhsilin bir mexanizm olaraq vahid sistem halında bir mərkəzdən idarə olunmasını zəruri edir. Onu da nəzərə alsaq ki, Bakı icra hakimiyyəti tabeliyində olduğu müddətda məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə rəhbərlik və nəzarət istiqamətində qida təminatından başqa hansısa bir əsaslı dönüş yara bilməyib, bu hal uşaq bağçalarına nəzarətin yenidən Təhsil Nazirlyinə qaytarılması məsələsini qaçılmaz edir. Məktəbəqədər hazırlıq qruplarınn müəyyən qisminin məhz məktəblərdə fəaliyyət göstərməsi də bu məsələnin tezliklə həll edilməsin gündəmə gətirən zəruri şərtlərdən biridir. Nazirlər Kabineti tərəfindən Təhsil Nazirliyinə dərsliklərin hazırlanması ilə bağlı yeni səlahiyyət verilməsi bu ümidləri bir az da artırır.
Bəlkə düşünməyinə dəyər? Günah da bağışlanılanlar kateqoriyasına daxildir.
Hər halda, bu bir təklifdir.

Nadir israfilov
Elşən Qafarov
Bolgexeber.com