Karlov öldürülərkən silahlı mühafizəçisi harda idi? – Putin açıqladı
22-12-2016, 12:48
Oxunub: 2 949
“Xüsusi silahlı qüvvələr xaricdə olan rus diplomatik nümayəndələrin təhlükəsizliyini yalnız səfirlik ərazisində təmin edirlər”
“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Belə bir qayda var ki, səfirliyin silahlı mühafizəçisi yalnız o səfirliyin ərazisində xidmət göstərir. O, silahla kənara çıxmır. Problem bundadır”, – deyə Putin vurğulayıb.
Rusiya prezidentinin sözlərinə görə, bu qayda səfir Andrey Karlovun qətlə yetirildiyi nəinki Türkiyə ərazisində, həm də bir çox ölkələrdə mövcuddur.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində silahlı şəxs tərəfindən güllələnib. Xəstəxanaya yerləşdirilən səfir oradaca vəfat edib. Qatil isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.
Rusiya XİN cinayət hadisəsini terror aktı kimi dəyərləndirib.
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi qaldırıb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər