BolgeXeber.Com » Ölkə » Bir etirazın əks-sədası: Agentlik rəhbəri pulları hara xərcləyib? - FOTOLAR

Bir etirazın əks-sədası: Agentlik rəhbəri pulları hara xərcləyib? - FOTOLAR

22-12-2016, 13:01
Oxunub: 2 741 Bir etirazın əks-sədası: Agentlik rəhbəri pulları hara xərcləyib? - FOTOLARHeydər Əliyev prospektində yeni tikilən binanın fəhlələri etiraz aksiyası keçiriblər

Musavat.com xəbər verir ki, ilkin məlumatda “İnter Arena”nın yanında yerləşən tikilidə çalışanların binanın üstünə çıxaraq, etiraz etdiyi bildirilirdi. Fəhlələrin etiraz etmələrinə səbəb 8 aydır ki, maaş ala bilməmələridir.

Məlumatın ardından bəhs edilən ünvana yola düşdük. Məlum oldu ki, burada "Milli Sağlamlıq Mərkəzi" tikilir. “Milli Sağlamlıq Mərkəzi”nin 2011-ci ildə “MACAZ CONSTRUCTİON” şirkəti tərəfindən layihəsi hazırlanıb və hazırda tikintisi “XGETYM" MMC tərəfindən aparılır.

Əgər tikinti başa çatarsa, bura Azərbaycanın ən böyük xəstəxanası olacaq. Heydər Əliyev prospektində tikilən “Milli Sağlamlıq Mərkəzi” 2015-ci ildə təhvil verilməli olsa da, ölkənin ən iri tibb ocağının inşası hələ başa çatdırılmayıb. Məlumata görə, bunun səbəbi maliyyə çatışmazlığıdır. Yerli mətbuat iddia edir ki, ayrılan pulların böyük hissəsi naməlum işlər üçün xərclənib. Bu səbəbdən həm tikinti yubanır, həm də işçilərin maaşları verilmir.

Problemin kökündə başqa məsələlər də olar bilər. Məsələn, binanın tikintisi “MACAZ CONSTRUCTİON” şirkətinin rəsmi saytında yazıldığı kimi, “XGETYM" MMC tərəfindən aparılır. Bu MMC haqqında başqa heç bir yerdə məlumat yoxdur. Əgər “XGETYM" adının açsaq, «Xəzər» Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi ortaya çıxır ki, bu ad da bizə heç də yad deyil.

«Xəzər» şirkəti Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlova məxsusdur. Bu şirkət və onun rəhbəri haqqında isə çoxlu çəkişməli məqamlar və iddialar var.

Məsələn, Akim Bədəlovun ailəsinin nəzarətində olan «Xəzər» Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi onun ən yaxın adamı, qohumu Asif İsmayılov rəhbərlik edir. Maraqlı məqamlardan biri isə səhmdarı həyat yoldaşı və oğlu olan bir şirkəti necə məmurun rəhbərlik etdiyi dövlət qurumunda podratçı şirkət ola bilər? Axı, qanun bunu yasaqlayır.

“MACAZ CONSTRUCTİON” şirkətinin rəsmi saytında binanın boş yerə “XGETYM" MMC tərəfindən tikildiyi yazılmayıb. Məqsəd "Xəzər" adını qabartmamaqdır. Belə ki, iddialara görə, "Xəzər"in yaradıcısı mərhum akademik Tofiq İsmayılov olub. Akademik vertolyot faciəsində dünyasını dəyişəndən sonra "Xəzər" Akim Bədəlovun nəzarətinə keçib. Hazırda da Tofiq İsmayılovun ailəsi ilə Akim Bədəlov arasında "Xəzər" uğrunda mübarizə gedir.


A.Bədəlov barəsində yerli mediada digər iddialar da yer alıb. Məsələn, məlumata görə, təkcə 2014-cü ildə layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin alınmasına görə "Xəzər Konsaltinq Agentliyinə” QSC-yə 1250000 (bir milyon iki yüz əlli min manat) vəsait ayrılıb. Adıçəkilən QSC-nin Akim Bədəlova məxsus olduğu deyilir.

İddialara görə, Akim Bədəlov ötən ilki devalvasiyalardan sonra ölkədəki danışmaz əmlakının bir hissəsini satışa çıxarıb, əldə olunan vəsaiti müxtəlif yollarla xaricə daşıyıb. Bundan sonra Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Türkiyə və Avropa ölkələrinin birində turizm şirkəti yaradıb, onun idarəsini isə yaxınlarına həvalə edib.

Yazının əvvəlində qeyd etmişdik ki, adıçəkilən “Milli Sağlamlıq Mərkəzi”nə getmişdik. Burada bizi yumşaq desək, yola verdilər. Mühafizə əvvəlcə bizi qapıda gözlətdi ki, müdirlə danışır. 10 dəqiqə sonra müdirin burada olmadığını, telefonla ona zəng etdiyini və heç bir açıqlama vermək istəmədiyini dedi. Etiraz edən fəhlələrlə görüşmək istəsək də, bu da mümkün olmadı. Onların maaşlarının veriləcəyini və artıq tikintidə olmadıqları deyildi.
Bolgexeber.com
Bir etirazın əks-sədası: Agentlik rəhbəri pulları hara xərcləyib? - FOTOLAR
Bir etirazın əks-sədası: Agentlik rəhbəri pulları hara xərcləyib? - FOTOLAR
Bir etirazın əks-sədası: Agentlik rəhbəri pulları hara xərcləyib? - FOTOLAR
Bir etirazın əks-sədası: Agentlik rəhbəri pulları hara xərcləyib? - FOTOLAR
Bir etirazın əks-sədası: Agentlik rəhbəri pulları hara xərcləyib? - FOTOLAR
Bir etirazın əks-sədası: Agentlik rəhbəri pulları hara xərcləyib? - FOTOLAR
Bir etirazın əks-sədası: Agentlik rəhbəri pulları hara xərcləyib? - FOTOLAR
Bir etirazın əks-sədası: Agentlik rəhbəri pulları hara xərcləyib? - FOTOLAR