BolgeXeber.Com » Ölkə » Lənkəran klanına zərbə: Piter Elçinin daha bir qardaşı öldürüldü-VİDEO

Lənkəran klanına zərbə: Piter Elçinin daha bir qardaşı öldürüldü-VİDEO

22-12-2016, 13:07
Oxunub: 6 811 Lənkəran klanına zərbə: Piter Elçinin daha bir qardaşı öldürüldü-VİDEORövşən Lənkəranskinin ölümündən sonra kriminal aləmdə onun yerinə əsas namizəd olan “Piter Elçin” kimi tanınan avtoritetin daha bir qardaşı öldürülüb


Daxili İşlər Nazirliyi ötən gün Masallıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib.

Hadisə yerinə baxış zamanı 25 ədəd giliz aşkarlanıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Məlumata görə, qətlə yetirilən şəxs lənkəranlı kriminal aləmdə "Piter Elçin" kimi tanıan qardaşıdır.

Qeyd edək ki, bu il iyunun 20-də Sankt-Peterburqun “Sofiya” tərəvəz bazasında “Piter Elçin”in 43 yaşlı qardaşı Maarif İsmayılov da 27 yaşlı azərbaycanlı killer Emil Hüseynov tərəfindən əldəqayırma tapança ilə güllələnərək qətlə yetirilib.
***
Lənkəranskinin yaxın adamlarından biri olan “Piter Elçin”in Fariz adlı qardaşı Masallıda qətlə yetirilib.

Hadisə bu gün axşam saatlarında rayonun Türkoba kəndi ərazisində qeydə alınıb. Rusiya vətəndaşı, əslən Lənkəranın Boladi kəndindən olan 1979-cu il təvəllüdlü Fariz Maşallah oğlu İsmayılov naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Hadisə yerində dünyasını dəyişmiş şəxsin meyiti müayinə olunmaqdan ötrü Cəlilabad morquna aparılıb. Hazırda Masallı rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Report hadisənin 90 HV 110 dövlət qeydiyyat nömrə nişanlı “Folksvaqen-Passat” markalı avtomobildə olan naməlum şəxs tərəfindən avtomat silahla törədildiyi barədə xəbər yayıb. Silahlı insidenti törədənlərdən biri Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) təslim olub.

Xatırladaq ki, Rövşən Lənkəranskinin kriminal aləmdə yerinə əsas namizəd olan “Piter Elçin”in daha bir qardaşı bir müddət əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində qətlə yetirilib. Ehtimal edilir ki, “Piter Elçin”in Lənkəranskini əvəzləməsinin qarşısını almaq üçün ardıcıl olaraq tanınmış avtoritetin yaxınlarına qarşı qətllər törədilir.
Bolgexeber.com