Bakının mərkəzində evlər kütləvi satışa çıxarılır – QİYMƏTLƏR AŞAĞI DÜŞDÜ
23-12-2016, 10:42
Oxunub: 3 103
Bakının mərkəzi hissələrində evlərin kütləvi satışına başlanılıb
Fins.az-ın məlumatına görə, söhbət metronun “28 May”stansiyasından “Sahil Metrosu”na və Tibbi Universitetinə qədər və “Nərimanov” metrosuna yaxın ərazilərdən gedir. Ekspert Vaqif Hüseynov fins.az-a bildirib ki, dolların bahalaşmaqda davam etməsi əmlak bazarında da vəziyyəti dəyişib. Əmlak bazarında bir il əvvəlki vəziyyət yenidən təkrarlanır: “Heç kim təsəvvür edə bilməzdi ki “28 May Metro”sunun yaxınlığında 70 min manata ev almaq olar. Amma hazırda bu belədir”. Bu ərazilərdə evlər 40%-dən 2 dəfəyə qədər ucuzlaşıb. Məsələn, əvvəl 130-140 min manata satılan 70 kvadratmetrlik evlər indi 70-100 min manata qədər ucuzlaşıb. Ucuzlaşma xüsusilə də 1-2 otaqlı evlərdə müşahidə edilir. Ekspertin sözlərinə görə, buna səbəb dolların bahalaşmaqda davam etməsi və manata inamın azalmasıdır. Belə ki, əvvəl əlində qalan pulunu investisiya kimi şəhərin mərkəzi hissələrində olan evlərə yatıran vətəndaşlar bu evləri dərhal sataraq vəsaiti dollara çevirmək üçün tələsirlər. Evin dərhal satılması üçün vətəndaşlar qiyməti xeyli aşağı salırlar. Digər tərəfdən satışa çıxarılan belə evlərlə bağlı bazarda təklifin artması qiymətlərə xeyli təsir göstərib. Ekspert bildirir ki, vəziyyəti elan saytlarında satışa çıxarılan evlərində sayında da müşahidə etmək olar. Hazırda Bakının sadalanan ərazilərində satışa çıxarılan ev elanlarının sayı 30-40 % artıb.
Ekspert bildirib ki, “Sahil Metrosu”, “İçərişəhər”, Nizami küçəsi, “Gənclik Metrosu” kimi ərazilərdə isə daşınmaz əmlakların qiymətləri stabil olaraq qalır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər