loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Biləsuvarda qarışıqlıq: 9 polis əməkdaşı xəsarət aldı

Biləsuvarda qarışıqlıq: 9 polis əməkdaşı xəsarət aldıDekabrın 22-də saat 18.00 radələrində Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş vətəndaşlar üçün tikilmiş qəsəbələrdə yaşayan sakinlərin bir qrupu istifadə etdikləri elektrik enerjisi haqqının ödənilməməsi tələbi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasına doğru yürüş ediblər

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin virtualaz.org-a daxil olan birgə məlumatında bildirilir ki, bununla əlaqədar ictimai qaydanın kobud şəkildə pozulmasının qarşısının alınması məqsədilə həmin əraziyə cəlb olunmuş asayişi mühafizə qüvvələri razılaşdırılmamış aksiyanın iştirakçılarını intizama dəvət etsələr də, onlar tabeçilik göstərməyib, xidməti vəzifələrini yerinə yetirən 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, habelə, 1 xidməti avtomobilin şüşələrini sındırıblar. Görülmüş operativ tədbirlərlə hüquqazidd əməllərin qarşısı alınıb, hadisənin fəal iştirakçılarından olan Cəlal Quliyev, İlkin İsgəndərov və Gülağa Alməmmədov saxlanılıblar. Xəsarət almış 9 əməkdaşdan 6-na ilkin tibbi yardım göstərilib, 3-ü isə xəstəxanalara yerləşdirilib.
Biləsuvarda qarışıqlıq: 9 polis əməkdaşı xəsarət aldı

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bölmə: Bölgə | 23 dekabr 2016 16:40 | Baxış sayı: 379





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: