BolgeXeber.Com » BÖLGƏ TV » Qəzaların əsəs səbəbkarı kimdir: piyadalar yoxsa sürücülər? (VİDEO)

Qəzaların əsəs səbəbkarı kimdir: piyadalar yoxsa sürücülər? (VİDEO)

23-12-2016, 20:45
Oxunub: 3 791 Qəzaların əsəs səbəbkarı kimdir: piyadalar yoxsa sürücülər? (VİDEO)Kimi yolu boş görüb özünü göstərməkçün bərk sürür, kimi də təhlükənin ciddiliyini vecə almayıb yolun hərəkət hissəsindən keçir

Yüksət sürət həvəsinin və təyin olunmayan yerdən keçən piyadaların qəzaya səbəb olması illərdir ən aktual problemlərdəndir. “Dövlət yol polisinin təbliğat xarakterli tədbirləri və məqsədyönlü fəaliyyəti cari illə müqayisədə ölüm hadisələrinin azalması ilə nəticələnib”,-deyə Yol Hərəkəti Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov BTV.AZ-a bildirib.

Günahı bir-birimizin üstünə yıxmasaq, piyada olanda keçidlərdən istifadə etsək, maşınla olanda sürət həddini aşmasaq, ölüm hadisələri də baş verməz. Gəlin, əvvəlcə səhvi özümüzdə axtaraq.