BolgeXeber.Com » BÖLGƏ TV » Konya sakini kəsdiyi dananın mədəsindən 1900 lirə pul tapıb-VİDEO

Konya sakini kəsdiyi dananın mədəsindən 1900 lirə pul tapıb-VİDEO

24-12-2016, 09:58
Oxunub: 3 379 Konya sakini kəsdiyi dananın mədəsindən 1900 lirə pul tapıb-VİDEOKəsdiyi dananın mədəsindən bir paket pul çıxdı. Qəribə hadisə Türkiyənin Konya şəhərində qeydə alınıb

İsmayıl Cəsur adlı şəxsin saxladığı danalardan biri qəflətən halsızlaşıb. Heyvanın vəziyyətinin günü-gündən daha da pisləşdiyini görən sahibi onu kəsmək qərarına gəlib. Lakin kəsim zamanı gördüyü mənzərə qarşısında şoka düşüb. O, dananın ətini sümüyündən ayıran vaxt heyvanın mədəsində içi pulla dolu paket olduğunu görüb. Paketin içində 1900 lirə olduğu deyilir.

İndiyə qədər çox sayda heyvan saxladığını, onlarla heyvan kəsdiyini deyən İsmayıl Cəsur ilk dəfədir ki, belə halla qarşılaşdığını deyib.
(ATV)