XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Nəqliyyat Nazirliyi, “Azəravtoyol” və yamaqlı yollar...

Nəqliyyat Nazirliyi, “Azəravtoyol” və yamaqlı yollar...Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov ötən 3 ayda yağıntının miqdarının dəfələrlə artıq olduğunu deyib

Yağış yağanda günahları yuyur, paklaşdırır deyirlər. Amma bizim yollardan axan yağış suları bütün günahları gün üzünə çıxarır. Elə son üç ayda paytaxtda yağan aramsız yağışlar kimi...

Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov ötən 3 ayda yağıntının miqdarının dəfələrlə artıq olduğunu deyib. Onun bildirdiyinə görə, sentyabrda yağıntının miqdarı çoxillik normadan 9 dəfəyə, oktyabrda 7 dəfəyə, noyabrda isə 4 dəfəyə qədər çox olub.

Məhz bu çox yağıntı onsuz da keyfiyyətsiz salınan yollarımızın daha da tez sıradan çıxmasına səbəb olub. Dediklərimizin real olduğunu görmək üçün elə şəhərdaxili və qəsəbələrə gedən yollara gözucu nəzər salmaq kifayətdir. Rayon yollarına tez-tez görməsəniz də, oradakı vəziyyət barədə təsəvvürünüz olmamış deyil..

Axı elə payızda təmirinə başlanılan yol, nəm-nəm asfaltlananda tez də sıradan çıxmalıdır. Hər nə qədər yeni yollar, küçələr salınanda, onun10, 20, 30 il müddətinə istifadəsi üçün tam təminat verilsə də, ən yaxşı halda yollar 1-2 il tab gətirə bilir. Elə nəqliyyat naziri Ziya Məmmədovun 30 il zəmanət verdiyi Bakı-Quba- Rusiya yolu kimi. Tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Hələ o zaman beton yol çəkiləndə onun dünya standartlarına cavab verəcəyi və uzun müddət istismarda olacağı vurğulanırdı...

Amma 3 il sonra yol dağılmağa başladı. Aidiyyatı qurumun açıqlaması isə əvvəlkilərdən fərqlənmədi: “Yol nəzərdə tutulduğundan artıq yüklənir və ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğrayır”. Göründüyü kimi günah rəsmilər məsuliyyəti öz üzərlərinə götürmək yox, günah keçisi axtarmaqla məşğuldurlar.

Bəs olmazdımı ki, Nəqliyyat Nazirliyi, “Azəravtoyol” ASC ( o vaxtkı “Azəryolservis” ASC) yolda yük maşınlarının çox olacağını əvvəlcədən nəzərə alaydı. Axı hansısa layihə həyat keçiriləndə, iş icra olunanda əvvəlcə oradakı ümumi vəziyyət təhlil edilib ona uyğun addım atılmalıdır.

Yollar salınanda ərazidən ağırtonnajlı yük avtomobillərinin keçəcəyi gözlənilmirdimi? Yoxa yüklər hava nəqliyyatı ilə daşınmalıdır, biz xəbərsizik?...

Yollara cavabdeh qurum “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov hər çıxışında Azərbaycandakı yolları dünya standartlarına cavab verdiyini bildirsə də, görünən odur ki, ölkədə tikilən yollar lazımi standartlara cavab vermir.

Yol çəkilişi nəzəriyyəsinə görə yola tökülən asfaltın keyfiyyəti onda işlədilən bitumun tərkibindəki parafindən asılıdır. Mütəxəssislərin fikrincə, xüsusilə Bakıda şəhərdaxili yollar çəkilərkən tərkibində parafinin səviyyəsi yüksək olan asfaltdan istifadə edilir. Bu asfalt ucuz başa gəlir və keyfiyyətsiz olduğu üçün tez də sıradan çıxır. Asfaltın tərkibindəki parafinin təmizlənməsi uzun və xərc tələb edən prosedur olduğundan heç bir şirkət buna cəhd də etmir. Nəticədə, az xərc çəkməklə, daha keyfiyyətiz iş görməklə, daha çox qazanc edirlər.
Belə ki, aşağı temperaturlarda parafini yüksək olan bitum əsasında çəkilmiş asfaltda kristallaşma prosesi baş vermiş yollarda çatlar yaranır. Getdikcə çatlar dərinləşir, bəzi yerlərdən asfalt laylarının qopmasına və çalalar yaranmasına səbəb olur.
Sadalananlarla yanaşı, yol tikintisi ilə məşğul olan podratçı şirkətlər yolun keyfiyyətinə də zəmanət verməlidir. Xarici təcrübələr göstərir ki, bəzi ölkələrdə yol tikinti şirkətləri asfalt-beton örtüyünə 30-40 illik zəmanət verirlər. Şirkət yolun örtüyündə baş verən hər hansı qüsura birbaşa məsuliyyət daşıyır və ehtiyac olduğu təqdirdə bütün təmir işlərini öz öhdəsinə götürür. Amma Azərbaycan təcrübəsi göstərir ki, yollardakı bütün neqativlərin “səbəbkarı” yalnız ağır tonnajlı yük maşınları və təcrübəsiz sürücülərdir... \\modern.az\\
Bölmə: Analitika | 24 dekabr 2016 11:08 | Baxış sayı: 136





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: