BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycan Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçib-VİDEO

Azərbaycan Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçib-VİDEO

24-12-2016, 16:49
Oxunub: 4 116 Azərbaycan Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçib-VİDEOBayramı öz yaxınları ilə keçirmək istəyən əksər vətəndaşlar rayona getmək üçün ucuzluğu və rahatlığı nəzərə alaraq, dəmir yollarının xidmətindən istifadə edir

Yeni ilin gəlişinə düz 1 həftə qalıb. Bununla əlaqədar olaraq, dəmir yolları vağzallarında kəskin sıxlıq müşahidə olunur. Bayramı öz yaxınları ilə keçirmək istəyən əksər vətəndaşlar rayona getmək üçün ucuzluğu və rahatlığı nəzərə alaraq, dəmir yollarının xidmətindən istifadə edir.
Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın sözlərinə görə, bayram günlərində sərnişin sıxlığının qarşısını almaq üçün artıq ciddi iş rejiminə keçiblər.

Biz də BTV ailəsi olaraq, qarşıdan gələn bayram münasibətilə bütün izləyicilərimizi təbrik edirik.

Bolgexeber.com