BolgeXeber.Com » Gündəm » Daxili Qoşunların əsgəri vəfat edib

Daxili Qoşunların əsgəri vəfat edib

25-12-2010, 21:30
Oxunub: 6 744 Onun ölümünün səbəbləri hələlik məlum deyil

Azərbaycan Daxili Qoşunların əsgəri dünyasını dəyişib. Hadisə Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Beyləqan Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1988-ci il təvəllüdlü Anar Çərkəz oğlu Balakişiyevin vəziyyəti qəfildən pisləşib və Şirvan Mərkəzi Rayon Xəstəxanasına aparılıb. A. Balakişiyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Şirvan Mərkəzi Rayon Xəstəxanasından faktı təsdiqləyiblər. Bildirilib ki, əsgər A. Balakişiyev bu gün səhər saat 06.00 radələrində xəstəxanaya gətirilib. Əsgər xəstəxanaya çatmamış yolda dünyasını dəyişib. Onun ölümünün səbəbləri hələlik məlum deyil.