BolgeXeber.Com » Sosial » Evə Şaxta baba və Qar qız çağırmaq istəyirsinizə, nə qədər pul verməlisiniz?
Evə Şaxta baba və Qar qız çağırmaq istəyirsinizə, nə qədər pul verməlisiniz?
26-12-2016, 13:57
Oxunub: 3 794
Bakıda yeni il şənlikləri ilə əlaqədar mənzillərə çağırılacaq Şaxta baba və Qar qızın sifariş qiyməti müəyyən edilib
Bolgexeber.com xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.
Qurum rəsmisi bildirib ki, Şaxta baba və Qar qızın evlərə sifarişi üçün dövlət rüsumu 60 manat müəyyən edilib: "Vətəndaşlar həmin məbləği ödəməklə paytaxtda istənilən ünvana Şaxta baba və Qar qız sifariş verə bilərlər".
Ə.Bağırov bildirib ki, artıq 7 cüt Şaxta baba və Qar qız mənzillərə sifarişlə getmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən icazə alıb:
"Həmin cütlüklər küçələrdə fəaliyyət göstərməyəcəklər. Onlar yalnız evlərə sifarişlə gedəcəklər. Parklar, meydanlar və digər ərazilərdə fəaliyyət göstərmək üçün isə artıq 14 cüt Şaxta baba və Qar qıza icazə verilib və onlar fəaliyyətə başlayıblar".
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər