BolgeXeber.Com » BÖLGƏ TV » Astarada "Tarzan" peyda oldu - FOTO/VİDEO

Astarada "Tarzan" peyda oldu - FOTO/VİDEO

27-12-2016, 09:33
Oxunub: 3 887 Astarada "Tarzan" peyda oldu - FOTO/VİDEOAstara sakini, 55 yaşlı Babaxan Rəhmanov hərəkətləri ilə görənləri heyrətləndirir

O, bir neçə metr hündürlüyü olan ağaca çox rahat şəkildə çıxır, bir ağacdan digərinə hoppanır. Elə bu səbəbdən ona el arasında "Tarzan Babaxan" deyilir.

Babaxanın digər xüsusi bacarığı isə meşələrin ən əlçatmaz zirvələrini yaxşı tanımasıdır. Vəhşi təbiətdən qorxmayan bələdçiyə vaxtilə bu işdə atası yaxından kömək olub. Onun el arasında ikinci adı isə "Bəbir Babaxan"dır. Bunun da səbəbi onun bəbirlərə olan sevgisidir.

"2 balalı və 3 balalı bəbirləri görmüşəm. Bəbirləri görmək üçün yuvalarına kimi gedib çıxmışam. Onlar çox gözəldirlər. Təbiət çox gözəl yaranıb", - deyə Babaxan bildirib.

O, bələdçilik qabiliyyəti ilə həm də Amerikanın məşhur "National Geographic Wild" telekanalının "Avropanın son bəbiri" adlı filmin çəkilişləri zamanı yaradıcı heyətə yaxından köməklik edib.

"Bəbir adam"ın qeyri-adi istedadına təəccüblənən ekspedisiya üzvləri Avropada nəsli tükənməkdə olan bəbirlərin görüntülərini məhz Babaxan Rəhmanovun köməkliyi ilə əldə ediblər.

"Babir adam"ın sözlərinə görə, filmin yaradıcı heyətinin diqqətini çəkən digər maraqlı məqam isə, Babaxanın bu sahədə heç bir təhsili olmadan heyvanların izlərini rahatlıqla müəyyən edə bilməsidir.

Rəhmanovun ən böyük arzusu bəbirlərin nəslinin artırılmasıdır.
(ARB)