BolgeXeber.Com » Dünya » Əsəddən növbəti qəddarlıq: Əhali susuz qaldı

Əsəddən növbəti qəddarlıq: Əhali susuz qaldı

27-12-2016, 14:12
Oxunub: 2 932 Əsəddən növbəti qəddarlıq: Əhali susuz qaldıSuriyada Bəşər Əsəd rejiminə aid qüvvələr Dəməşq yaxınlığında Barada Vadisini hədəf alıb

Axar.az xəbər verir ki, sözügedən bölgəyə endirilən aviazərbələr nəticəsində 4 dinc sakin həlak olub.
Məlumata görə, hücumlar zamanı şəhəri su ilə təmin edən Ayn el Fica məntəqəsi də məhv edilib.
Nəticədə əhalinin su qıtlığı yaşadığı bildirilir.
Qeyd edək ki, Barada Vadisi 13 kənddən ibarətdir. Bunlardan 9-u müxaliflərin, 4-ü isə rejim və dəstəkçilərinin nəzarətindədir.