BolgeXeber.Com » Siyasət » İnam Kərimov kimdir? - Tərcümeyi-hal

İnam Kərimov kimdir? - Tərcümeyi-hal

12-09-2012, 18:20
Oxunub: 6 810 Məlum olduğu kimi, Prezident İlham Əliyevin növbəti uğurlu kadr islahatlarının davamı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə gənc nəsli təmsil edən İnam Kərimovu təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaranması ictimaiyyətdə müsət mənada geniş rezonans doğurub. Agentlik barədə ölkə ictimaiyyətində müəyyən məlumatın olmasına baxmayaraq, bu quruma sədr təyin olunmuş gənc kadrın bioqrafik məlumatı barədə Kütləvi İnformasiya Vasitələrində müxtəlif informasiyalar səslənir.

İctimaiyyətin geniş marağını nəzərə alan Femida.az Agentliyin sədri barədə bioqrafik məlumatı oxucuların diqqətinə çatdırır:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilmiş Inam İmdad oğlu Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994-1995-ci illərdə ABŞ-ın Indiana ştatında Richmond High School-da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakultəsinə qəbul olub. 1999-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sorbonne Universitetində hüquq üzrə magistr təhsili alıb və magistr elmi dərəcəsinə yiyələnib. 2007-ci ildən Sorbonne Universitetinin (“Korrupsiyaya qarşı mübarizədə şəffaflığın rolu” mövzusunda doktorluq işi üzrə) doktorantıdır.
2002-ci ildə Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinə işə qəbul edilib və baş məsləhətçi vəzifəsinə qədər irəli çəkilib. Həmçinin 2005-2012-ci illərdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi olub.
2005-ci ildən indiyədək GRECO-da (Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu) Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəridir. Ekspert qismində Portuqaliya, Polşa, Rumıniya, Türkiyə və Belarus üzrə korrupsiyaya qarşı mübarizə ilə bağlı monitorinqini həyata keçirib.

İnam Kərimov ingilis, fransız, rus və fars dillərini bilir. Yerli və xarici ölkələrin elmi jurnallarında nəşr olunan məqalələrin müəllifidir.
Ailəlidir, iki övladı var.