BolgeXeber.Com » Xəbərlər » Bakıda dəhşətli intihar: 11-ci sinif şagirdi hamamda özünü asdı-VİDEO

Bakıda dəhşətli intihar: 11-ci sinif şagirdi hamamda özünü asdı-VİDEO

28-12-2016, 11:28
Oxunub: 4 222 Bakıda dəhşətli intihar: 11-ci sinif şagirdi hamamda özünü asdı-VİDEOBakıda intihar hadisəsi baş verib

241 saylı orta məktəbdən Lent.az-a bildirilib ki, 16 yaşlı Firuz sakit, tərbiyəli şagird olub, dərsə davamiyyəti də qaydasında imiş.

Məktəb heyəti də onun intihar xəbərini bu səhər eşidib. Heç kim onun niyə intihar etdiyini bilmir.


**
09:54

Bakıda intihar hadisəsi baş verib.


Xəzər rayon Prokurorluğundanverilən məlumata görə, hadisə rayonun Zirə qəsəbəsi, Müslüm Moqamayev küçəsi 93 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 16 yaşlı Firuz Kamal oğlu Məmmədov evin hamamında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.


Məlumata görə, F. Məmmədov orta məktəb şagirdidir. O, Zirə qəsəbəsində yerləşən 241 saylı orta məktəbin 11-ci sinfində oxuyurmuş.


Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.