BolgeXeber.Com » Xəbərlər » Şirəliyevin “ölüm maşını”: qaynar xətt donub, ambulanslar dəfnə çatır – Şikayət

Şirəliyevin “ölüm maşını”: qaynar xətt donub, ambulanslar dəfnə çatır – Şikayət

28-12-2016, 12:13
Oxunub: 1 956 Şirəliyevin “ölüm maşını”: qaynar xətt donub, ambulanslar dəfnə çatır – ŞikayətSəhiyyə Nazirliyinin yeni gətirilən təcili tibbi yardım maşınlarını satması haqda xəbər yaymışdıq

Bildirmişdik ki, ölkənin təcili tibbi yardım sahəsi ciddi şəkildə problemə çevrilib. Ambulanslar təcili yardıma vaxtına yetişmir, yollarda qalır, zənglərə gec cavab verirlər.

Zeynəb Kazımova adlı sosial şəbəkə istifadəçisi yazıb ki, təcili yardım işi fəlakətdir: “Təcili yardıma zəng eləmişəm, ordakı arvad (belələrinə tibb işçisi demək sadəcə ayıbdır) deyir ki, həkim yoxdur, gözləyin. Allah bəlanızı versin”.

Başqa bir faktə nəzər salaq: Balaxanı qəsəbəsində 8 yaşlı Məhəmmədəli Teymur oğlu Əliyevin qızdırması 40 dərəcəyə qədər çoxalıb. Dərhal Teymur təcili yardıma zəng edib. 1 saat keçib gəlməyiblər, təkrar zəng ediblər.

Soruşublar ki, təcili yardımı Məhəmmədi kəndinə yollayaq? Yəni uşağın adı ilə səhv salıblar. Uşağın atası bir daha izah edib ki, Məhəmmədəli uşağın adıdır. Deyiblər ki, təcili yardım göndərəcəklər, amma yenə də göndərməyiblər.

Uşağın atası 10 kilometr aralıda yerləşən aptekə gedib və dərman alıb qayıdıb. Gəlib görüb ki, təcili yardım yenə yoxdur.

Uşaq da deyirmiş ki, dərman almasaydı öləcəkdi. Teymur Səhiyyə Nazirliyinə zəng edib. Gecə ilə qaynar xətti arayıb.

Ordan bildirilib ki, səhv düşümüsüz, saytda qoyulan ev nömrəsidir. İki saat sonra təcili yardımdan zəng edərək ünvanı soruşanda, Teymur gəlməməyi bildirib, çünki uşağın qızdırması aşağı düşmüşdü.

Bu iki fakt təcili tibbi yardımın əməlli-başlı problemə çevrildiyini təsdiqləyir. Azərbaycana xaricdən gətirilən təcili yardım maşınları paylanmır.

Səhiyyə Nazirliyi ambulansların paylanması üçün təcili tibib yardım məntəqələrindən və xəstəxanalardan pul tələb edir.

Xaricdən gətirilən təcili tibbi yardım maşınları tibb məntəqələrinə verilmir. Onlara qeyri-rəsmi şəkildə deyilir ki, ambulanslar pulla satılır. Ona görə də bu gün təcili tibib yardım məntəqələrində və xəstəxanalarda bu maşınlar çatışmır.

Üstəlik, rayonlarda, kənd yerlərində, habelə Bakıətrafı ərazilərdə təcili tibbi yardım maşınları sovet dövründən qalıb. Onların çoxu “Qaz 24” ya da hərbçiləri daşıyan”QaZel”lərdir. Nəticədə təcili olaraq xəstənin yanına çata bilmirlər.

Səhiyyə Nazirliyinin (SN) Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) fəaliyyəti qənaətbəxş deyil.

Bu barədə ayrı-ayrı KİV-lərdə silsilə tənqidlərin dərc edilməsinə baxmayaraq, stansiyanın baş həkimi Mürsəl Həmidov fəaliyyətindəki nöqsanları aradan qaldırmaq barədə qətiyyən də olsa fikirləşmir.

Baş həkim təcili yardım maşınlarının ünvanlara vaxtında çatmamasını yolların tıxac olması ilə əsaslandırsa da, bu özünümüdafiədən başqa bir şey deyil. Belə ki, yollar tıxac olmayanda belə təcili yardım işçiləri xəstənin yanına çox gec çatırlar.