BolgeXeber.Com » Sosial » Vəfat edən şəxsin yanında yalnız həyat yoldaşı dəfn edilə bilər -Öncədən yer götürmək qadağan olunacaq

Vəfat edən şəxsin yanında yalnız həyat yoldaşı dəfn edilə bilər -Öncədən yer götürmək qadağan olunacaq

28-12-2016, 12:26
Oxunub: 2 653 Vəfat edən şəxsin yanında yalnız həyat yoldaşı dəfn edilə bilər -Öncədən yer götürmək qadağan olunacaq“Məzarlıqlarla bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. Gələn il bu layihəyə baxılacaq”

Bolgexeber.com “Report”-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qanun yalnız yeni salınan məzarlıqlara aid olacaq: “Kimsəsiz insanların necə dəfn olunması məsələsi də qanunda əks olunub. Xüsusi kimsəsizlər üçün qəbiristanlıq salınmayacaq. Yəni, ayrı-seçkilik olmayacaq”.

M.Qurbanlı bildirib ki, layihədə qəbiristanlıqda öncədən yer götürmək qadağan olunacaq:

“Yalnız şəxsin vəsiyyətinə əsasən, kişidirsə, xanımının, xanımdırsa, həyat yoldaşının yanında dəfn ediləcək. Məzarların hamısı eyni olacaq. Burada əsas məsələ məzarların dəbdəbəli olmasının qarşısının alınmasıdır”.