BolgeXeber.Com » Xəbərlər » Mingəçevir məktəbində 10 gündür işıq yoxdur

Mingəçevir məktəbində 10 gündür işıq yoxdur

28-12-2016, 13:41
Oxunub: 3 124 Mingəçevir məktəbində 10 gündür işıq yoxdurMingəçevr şəhər 8 saylı orta məktəbdə 10 gündür işıq yoxdur

Bu barədə AzVision.az-a yerli sakinlər məlumat verib. Bildiriblər ki, məktəbin sinif otaqlarının soyuq olması nəticəsində şagirdlərin dərsə davamiyyəti azalıb.

8 saylı orta məktəbdən faktı təsdiqləyiblər. Qeyd edilib ki, dekabrından 19-dan məktəbdə işıq yanmır.

“Problemlər transformator və yeraltı işıq xətləri ilə bağlıdır. Xətlər köhnə olduğu üçün belə problemlər yaşanır. Sinif otaqları soyuq olduğundan şagirdləri evə tez buraxırdıq”.

Məktəbdən, həmçinin bildirilib ki, bu gündən elektrik enerjisinin verilməsi bərpa olunacaq.