BolgeXeber.Com » Xəbərlər » Deputatın ailəsinin telefon nömrələrini yayan şəxsin adı bəlli oldu — FAKT + FOTOLAR

Deputatın ailəsinin telefon nömrələrini yayan şəxsin adı bəlli oldu — FAKT + FOTOLAR

28-12-2016, 15:38
Oxunub: 3 242 Deputatın ailəsinin telefon nömrələrini yayan şəxsin adı bəlli oldu — FAKT + FOTOLARRusiyada yaşayan soydaşlarımızı təhqir etməsi ilə gündəmə gələn millət vəkili Astan Şahverdiyevin və həyat yoldaşı Solmaz Şahverdiyevanın mobil telefon nömrələrini yayan şəxsin adı məlum olub

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, bu, gənc ictimai fəal Bəxtiyar Hacıyevdir. Belə ki, Bəxtiyar Hacıyev dekbarın 27-də millət vəkili və onun ailəsinə aid olan bir neçə mobil telefon nömrəsini sosial şəbəkədəki səhifəsində paylaşaraq, aşağıdakı fikirləri yazıb:

“Rusiyada işləyən həmvətənlərimizi, vətəndaşlarımızı “otxod” adlandıraraq təhqir etmiş deputat Şahverdiyevə SMS kampaniyasında cavabım. Yolda olduğuma və telefon batareyası bitdiyinə görə gecikdim bir az. Belə dırnaqarası deputatlara göstərmək lazımdır ki, xalqı təhqir etmək olmaz. Ürək sözlərini yazmaq istəyənlər üçün telefon nömrələri: 0502153939, 0502116203, 0502116394, 0503420797.

P.S: Xahiş edirəm, burada şərhlərdə və yaxşı olardı ki, başqa yerlərdə də onun ailəsini, yaxınlarını, qohumlarını hədəf almayasınız. Onun düşüncə tərzinə görə qohumları, ailəsi məsuliyyət daşımamalıdır. Onun qohumlarından, nəslindən çox dəyərli insanlar tanıyıram”.
Deputatın ailəsinin telefon nömrələrini yayan şəxsin adı bəlli oldu — FAKT + FOTOLAR