XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azərbaycanda internet niyə iflic olub?

Azərbaycanda internet niyə iflic olub?Son günlərdə Azərbaycanda internetin keyfiyyəti hiss olunacaq dərəcədə pisliyə doğru dəyişib

Həmçinin bəzi milli internet resurslara girişlə bağlı problemlər yaranıb. Son bir neçə gündə isə hətta İT sahəsindən yazan bloqçular, biznes, elm - təhsil yönümlü sayt sahibləri bəzi provayderlər üzərindən resursların açılmasında problemlərlə üzləşdiyini bildirirlər. Həmçinin sosial mediada mərc oyunları ilə bağlı bəzi beynəlxalq resurslara girşlərdə məhdudiyyətlərin olması ilə bağlı müzakirələr gedir. Görünən budur ki, bütün bu məhdudiyyətlər pərakəndə halda baş verir. Bəzi resurslar bir neçə provayderlərdə normal işləyir, digərlərində isə giriş bloklanıb.
Azərbaycanda internet niyə iflic olub?


Milli.Az xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Azərbaycanda internet niyə iflic olub?

AİF prezidentinin fikrincə, müvafiq dövlət qurumları bununla bağlı rəsmi açıqlama verməlidir: "AİF olaraq biz qanunvericiliklə məhdudlaşdırılması vacib olan resursların ola biləcəyini istisna etmirik. Amma bütün bunlarla bağlı rəsmi açıqlamaların verilməsi, ayrı-seçkiliklərin olmaması, məhdudlaşdırmaların hüquqi əsaslarının göstərilməsi çox vacibdir. Düşünürük ki, bu kimi addımlar sonda həm Azərbaycanın beynəlxalq imici, Azərbaycan internetinin azadlığı, eləcə də ölkədə rəqəmsal sahibkarlığın, internet biznesin inkişafı üçün ciddi problemlər yarada bilər.

Həmçinin bu cür pərakəndə formada bloklama, rəsmi yanaşmaların olmaması sonda milyonlarla vəsait xərclənərək qurulan Regional Data Mərkəzdən qlobal resursların da istifadəsində ciddi problemlər yarada bilər. Ümid edirik ki rəsmi qurumlar bununla bağlı açıqlamalar verəcəklər".
Bölmə: Media | 28 dekabr 2016 15:44 | Baxış sayı: 339





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: