BolgeXeber.Com » Gündəm » Biləsuvarın başçısı ilə Astan Şahverdiyevi nə bağlayır? – Müdhiş iddialar

Biləsuvarın başçısı ilə Astan Şahverdiyevi nə bağlayır? – Müdhiş iddialar

29-12-2016, 16:31
Oxunub: 3 231 Biləsuvarın başçısı ilə Astan Şahverdiyevi nə bağlayır? – Müdhiş iddialarBiləsuvarın icra başçısı Mahir Quliyevin xalqı təhqir etdiyi üçün töhmət almış deputat Astan Şahverdiyevlə əlaqələrinin olduğu üzə çıxıb

24saat.org-a yerli sakinlərin verdiyi xəbərə görə, əhalidən üzr istəmiş millət vəkili ilə Biləsuvar icra başçısının münasibətlərində Cəbrayılın keçmiş rəhbəri Mahmud Quliyevin də rolu olub.

Əslən kəlbəcərli olan Biləsuvarın rəhbəri cəbrayıllı deputatla çox isti və sıx dostluq münasibətlərinə malikdir.

Onların vaxtaşırı Biləsuvarda görüşdüyü, icra başçısının deputata “Şır-şır” ya da “Gülüstan” restoranlarında qonaqlıq verdiyi iddia olunur.

Deyilənə görə, A.Şahverdiyev tez-tez olmasa da, bu rayona səfərlər edir, tədbirlərə qatılırmış. Bəzən də icra başçısı millət vəkilini rayona qonaq çağırırmış.

Amma bu görüşlərin heç birində deputatla icra başçısı cəbrayıllı köçkünlərin yaşadığı massivə səfər etmək olmayıb. Söylənə bilər ki, Biləsuvarda yaşayan qaçqınların probleminə görə Cəbrayıl rayon rəhbərliyi cavabdehdir.

Sadəcə, Cəbrayıl RİH Biləsuvarda yerləşmir və kəlbəcərli icra başçısı öz rayonunda yaşayan qaçqın yaxınlarının dərdinə şərik olmaq üçün problemləri ilə maraqlana bilərdi.

Göründüyü kimi, nə Mahir Quliyev, nə də Astan Şahverdiyev köçkünləri ziyarətə getməyib. Əks təqdirdə məlum hadisələr baş verməzdi.

24saat.org-a yerli sakinlərin verdiyi xəbərə görə, Biləsuvar şefi haqda digər iddia Cəbrayılın istefaya göndərilən icra başçısı Mahmud Quliyevlə iş ortaqlığıdır.

Məlumdur ki, Biləsuvarda məcburi köçkünlər üçün fərdi yaşayış evlərindən ibarət 11 qəsəbə inşa edilib. Bu qəsəbələrdə 10 min ailə yerləşdirilib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bir müddət əvvəl hər ay üçün hər ailəyə 40 litr pulsuz yanacaq ayırsa da, Cəbrayıl rayon İcra Hakimiyyəti həmin yanacağın 10 litrini kəsərək hər ailəyə 30 litrini verib.

Mahmud Quliyevin tapşırığı ilə həyata keçirilən bu maxinasiya nəticəsində həm ailələr dövlətin ayırdığı yanacağı tam şəkildə almaqdan məhrum olublar, həm də hər ay dövlətin 100 ton yanacağının aqibətinin necə olması müəyyənləşməmiş qalıb.

Məlumatlara görə, Biləsuvar icra başçısının da sabiq həmkarının əməliyyatlarına göz yumduğu deyilir. Maraqlısı budur ki, Biləsuvar şefi sorğöuların birində ilin icra başçısı, Şahverdiyev isə məlum olaylara görə ilin deputatı seçilib.