BolgeXeber.Com » Xəbərlər » “ Bərdə abidələri uşaqların gözü ilə ” adlı sərgi nümayiş olundu-FOTOLAR

“ Bərdə abidələri uşaqların gözü ilə ” adlı sərgi nümayiş olundu-FOTOLAR

29-12-2016, 10:13
Oxunub: 3 526 “ Bərdə abidələri uşaqların gözü ilə ” adlı sərgi nümayiş olundu-FOTOLAR28 dekabr 2016-cı il tarixdə Bərdə Dövlət Rəsm Qalereyasında,Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi Bərdə Turizm İnformasiya mərkəzi ilə birgə “ Bərdə abidələri uşaqların gözü ilə ” adlı rəsm və tanınıtım sərgisi nümayiş olundu

Tədbiri giriş sözü ilə açan Rəsm Qalereyasının direktor əvəzi Səbuhi Qasımov ilk öncə sərgi iştirakçılarını salamladı.Qeyd etdi ki,Bərdənin keçmişi,tarixi abidələrinin tanıdılması və gələcək nəsillər ücün yaşadılması baxmından sərginin böyük əhəmiyyəti vardır. İlk dəfə keçirilən tarixi abidələrlə bağlı sərgi gələcəkdə də mütəmadi keçirələcəkdir.Daha sonra çıxış edən Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov Azərbaycanın turizm sahəsində son illərdə görülmüş işlərindən bəhs etdi.Çıxışında vurğuladı ki,tarixi keçmişdən yadigar qalan abidələrimizin zənginliyi turistlərin respublikamıza,həmçinin rayonumuza cəlb olunmasında ən başlıca səbəblərdən biridir.Tariximizi bütün dünyaya tanıtmaq ücün Azərbaycan Respublikasının prezdenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun diqqət və qayğısı nəticəsində tarixi abidələrimiz yenidən bərpa olunaraq keçmiş görkəmlərini alırlar.Çıxışlardan sonra sərgiyə baxış keçirildi. 4 saylı uşaq incəsənət məkəbinin rəsm müəllimi Rəşad Hüseynov şagirdlərin çəkdikləri rəsmlər haqqında iştirakcılara geniş məlumat verdi. Tədbirin sonunda şagirdlər Turizm İnformasiya Mərkəzinin həvəsləndirici diplomları ilə təltif olundular.
Bolgexeber.com