BolgeXeber.Com » Xəbərlər » Gəncə şəhəri 10 saylı məktəbdən bir qrup müəllim Təhsil Nazirinə şikayət ünvanladı - İTTİHAM

Gəncə şəhəri 10 saylı məktəbdən bir qrup müəllim Təhsil Nazirinə şikayət ünvanladı - İTTİHAM

29-12-2016, 11:53
Oxunub: 1 963 Gəncə şəhəri 10 saylı məktəbdən bir qrup müəllim Təhsil Nazirinə şikayət ünvanladı - İTTİHAMArzu Əliyeva məktəbin hər bir yerinə kamera qoydurub,məktəbə həftələrlə gəlmir

Teref.info-nun poçtuna Təhsil Maziri Mikayıl Cabbarovun adına yazılmış və bir surətidə redaksiyamıza göndərilmiş, Gəncə şəhər 10 saylı orta məktəbin bir qrup müəllimi adından şikayət məktubu daxil olub.
Məktubun nöqtə və vergülünə \l dəymədən sizə\ təqdim edirik. Şikayətçilər yazırlar:
Azərbaycan Respublikasının Təhsil Naziri
Mikayıl Cabbarov cənablarına
Gəncə şəhərindəki 10 saylı orta
məktəbin bir qrup müəllim kollektivinin

MÜRACİƏTİ
Bu gün ölkənin təhsil sistemində çalışan bəzi məmurlar sadəcə, dövlətimizin təhsil strategiyasının ziddinə gedə bilmədikləri üçün üzdə bu islahatları dəstəkləyir, əslində isə onları iflasa uğratmaq üçün var qüvvələri ilə çalışırlar. Bəs görəsən hansı səbəbdən bu mütərəqqi proseslərin həyata keçirilməsinə görə məsul olan vəzifələrə, bəzən onları əngəlləyəcək insanlar təyin olunurlar? Belələrinin əməlləri açıq-aşkar islahatların əleyhinə yönəldiyi halda, onları heç kəs cəzalandırmır. Bax bu hal olduqca həm qorxulu, həm də diqqəti cəlb edən andır.
Biz, Gəncə şəhərindəki 10 saylı məktəbin müəllimləri Gəncə şəhəri 10 saylı məktəbin direktoru Əliyeva Arzu Şirin qızının qanunsuz əməllərindən danışmaq istəyirik.
Samux rayonunun sabiq icra başçısı Vilyam Hacıyev tərəfindən Navağalı qəsəbə məktəbinin direktoru vəzifəsindən ,eyni zamanda məntəqə sədrliyindən biabırçı şəkildə qovulan Əliyeva Arzu Şirin qızı bu yaxınlarda Gəncə şəhərindəki 10 saylı orta məktəbə direktor təyin olundu.
Direktor təyin olunan bir gündən Arzu Əliyeva kollektivdə öz kobud hərəkətləri və davranışı ilə fərqlənməyə başladı.Ərinin, yəni el arasında Qəzi adı ilə məşhur olan həyat yoldaşının Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə yaxın olmasından tez-tez istifadə edərək heç kimdən qorxmadığını bildirir və deyir ki,gedin kimə istiyirsiz şikayət edin.Bu adam qadın olmağına baxmayaraq dərsə girib hətta anası və atası yaşında olan müəllimlərə belə şagirdlərin gözü qarşısında qışqırır,ədəbsiz sözlər işlədir.Belə hərəkət heç bir pedaqoji etikaya sığmır. Məktəbdə rüşvət ayaq tutub yeriyir..
Məktəbəqədər hazırlıq qruplarında dərs demək üçün məktəbin iki laborantından(????) hərəsindən 5000 manat pul alaraq həmin qrupları onlara vermişdir,həmin işçilər qanunsuz hazırlıq qruplarında dərs aparırlar.Sonra şikayətçilər teref.info-ya yazırlar ki, əmək haqqı isə məktəbin Aybəniz və Sona adlı müəllimələrinin adına yazılır və həmin pullar Arzu Əliyevaya çatır.Arzu Əliyeva məktəbə gəldiyi gündən məktəbin təsərrüfat işləri üzrə direktor müavini Vahid adlı şəxsi heç bir səbəb olmadan işdən çıxarıb.Onun əvəzınə 6000 manat müqabilində Kazımov Arzu adlı şəxsi işə qəbul edib.Bufetdə şagirdlərə xidmət göstərən xadimə Təranə adlı şəxs ümumiyyətlə, işə gəlmir,lakin onun maaş kartı direktor Arzu Əliyevadadır.Məktəbdə dalandar vəzifəsinə isə adı məlum olmayan bir şəxsi təyin etmişdir və bu şəxs ümumiyyətlə, işə gəlmir,buna baxmayaraq onun da da maaş kartı Arzu Əliyevadadır və maaşını da Arzu Əliyeva alır.
Binanın mühafizəsində növbətçi statında 2 nəfər işçi vardır,lakin bu şəxslər də heç vaxt işə gəlmirlər.Ona görə də həmin vəzifə Elman adlı kənar bir şəxs tərəfindən icra edilir,həmin işçilərin maaş kartı isə direktor Arzu Əliyevadadır.
Arzu Əliyeva məktəbin hər bir yerinə kamera qoydurub,məktəbə həftələrlə gəlmir ( işə gələndə də ədəbsiz danışıqları və kobud ifadələri özündən qabaq gəlir) və məktəbi skayp vasitəsilə telefonla idarə edir.
Arzu Əliyevanın həyat yoldaşı isə Samux rayonu İcra Hakimiyyətində İcra başçısının təsərrüfat məsələləri üzrə müavini işləyir.Sabiq icra başçısı Vilyam Hacıyev həm Arzu Hacıyevanı,həm də onun yoldaşı Qəzənfər adlı şəxsi qudurganlıgına və biabırçı hərəkətlərinə görə işdən qovmuşdu.Lakin onlar Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tərəfindən naməlum səbəblərdən öz işinə qaytarıldı. Elmar Vəliyevin Qəzi adlı şəxslə yaxın olması ucbatından Arzu Əliyeva qol-qanad açıb.Arzu Əliyeva əvvəllər müqavilə əsasında təhsil idarəsində inspektor işləsə də dövlət qullugu imtahanından keçməməsinə baxmayaraq naməlum səbəblərdən direktor vəzifəsinə təyin olunub.Müəllimələrlə söhbətində Arzu xanım gün ərzində dəfələrlə Sizinlə,yəni Təhsil Naziri Mikayıl Cabbarovla bir neçə dəfə telefonla danışdığını bildirir və hamını hədələyir.
Xahiş edirik ki,bu özbaşınalıqların, heç bir pedaqoji etikaya sığmayan hərəkətlərin qarşısını almaqda bizə köməklik göstərəsiniz .
Hörmətlə,
Gəncə şəhər,10 saylı məktəbin
bir qrup müəllimi
Qarşı tərəfin fikirlərini dinləməyə və səhifəmizdə yayınlamağa hazırıq!
Bolgexeber.com