BolgeXeber.Com » Xəbərlər »  İranda şok olay: Məzarlıqda dirilər yaşayır - FOTO

 İranda şok olay: Məzarlıqda dirilər yaşayır - FOTO

29-12-2016, 12:53
Oxunub: 2 072  İranda şok olay: Məzarlıqda dirilər yaşayır - FOTOİranın “Şəhrvənd” qəzeti aralarında qadın və uşaqların da olduğu onlarla adamın Tehrandakı Nasirabad qəbiristanlığında yaşadıqlarını görüntüləyən reportaj yayıb

A24.az xəbər verir ki, reportaj ölkədə ciddi rezonans yaradıb.

Olaya İran prezidenti də reaksiya verib. Xəbərin ardından ölkədəki yoxsulluqla bağlı ciddi tədbirlərə başlanıb, prokurorluq tərəfindən evsizlər düşərgələrə gətirilib.

"Oskar" mükafatlı İran rejissou Əsgər Fərhadi mövzuyla əlaqədar Prezident Həsən Ruhaniyə məktub yazaraq ölkədəki yoxsulluqla bağlı tənqidi fikirlərini bildirib. Fərhadi “sarsıdıcı hadisə” kimi qiymətləndirdiyi xəbəri oxuduqdan sonra utanc duyduğunu ifadə edib: “Ölkədə 30 ildən artıq məsuliyyət sahibi olan və mənim durumumda olan kəslərin də eyni utancı duyması məqsədilə bu məktubu yazdım”.

Fərhadi məktubunda Ruhani və İranlı səlahiyyətlilərə “Yoxsulluğun şilləsi ilə üzləri qızarmış şərəfli insanların vəziyyətini görmək üçün xalqın içərisinə getməyi” təklif edib.

İSNA agentliyi Prezident Ruhaninin Fərhadinin məktubuna cavab verdiyini bildirir: “Fərhadinin “ağrılı” məktubunu oxudum və kədərləndim. Bəzi insanların yoxsulluq səbəbiylə karton komalarda, körpü altlarında yaşadığını eşitmişik, ancaq qəbirlərdə yaşayanlardan xəbərim yox idi. Bu məsələni analiz edəndə utandım və qəhərdən boğazım qurudu”.

Digər tərəfdən, islahatçı qanada mənsub "Hüquq" qəzeti xəbərin yayımlanmasından sonra evsizlərin qəbiristanlıqdan döyülərək çıxarıldığını iddia edib. Tehran valisi Hüseyn Haşimi isə iddiaların doğru olmadığını deyərək, qəbirlərdə yaşayanların narkotik aludəçiləri olduqlarını bildirib.
 İranda şok olay: Məzarlıqda dirilər yaşayır - FOTO
 İranda şok olay: Məzarlıqda dirilər yaşayır - FOTO