BolgeXeber.Com » İdman » Paralimpiyaçılarımız vətənə qayıdıblar

Paralimpiyaçılarımız vətənə qayıdıblar

12-09-2012, 18:40
Oxunub: 4 752 London Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb.

Apasport.az saytının məlumatına görə, nümayəndə heyətini gətirən təyyarə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

6 idman növündə 21 idmançı ilə təmsil olunan millimiz qəhrəman kimi qarşılanıb. Hava limanına toplaşanlar arasında idman ictimaiyyəti, azarkeşlər və onların qohumları olublar.

Qeyd edək ki, yığmamız Londonda 4 qızıl, 5 gümüş və 3 bürünc medal qazanaraq, komanda hesabında 27-ci yeri tutublar.