BolgeXeber.Com » BÖLGƏ TV » “Nəvəmi aldatmışam ki, əsgərlikdəyəm” – Məhkum jurnalistlərin acı etirafları ürəkləri dağladı – VİDEO – FOTO

“Nəvəmi aldatmışam ki, əsgərlikdəyəm” – Məhkum jurnalistlərin acı etirafları ürəkləri dağladı – VİDEO – FOTO

29-12-2016, 13:57
Oxunub: 3 301 “Nəvəmi aldatmışam ki, əsgərlikdəyəm” – Məhkum jurnalistlərin acı etirafları ürəkləri dağladı – VİDEO – FOTOHəbsdəki jurnalistlər hönkürüb ağladılar

“Yaxşı ata olsaydım, gənc oğlumun yanında olardım”

“Özümü bağışlaya bilmirəm ki, anamı dəfn edə bilmədim”

ARB TV-nin “Rezonans” verilişinin budəfəki qəhrəmanları məhkum jurnalistlərdir.

Adil Mahmudov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, başına gələnləri belə danışır:
“Mən 1997-ci ildən KİV-lərdə çalışıram. Bir sıra TV-lərdə də fəaliyyət göstərmişəm. 2007-ci ildə özüm “Azadlıq +” qəzetini təsis etdim. Qazandığım nailiyyətlərə gəlincə isə, “Qızıl qələm” mükafatına layiq görülmüşəm. Utanıram da deməyə, məni narkotiklə tutublar. İnsanlığıma, təbiətimə, xasiyyətimə yaraşmayan bir maddədir. Bir övladım var. Onun yanında olmalıydım. Bir səhvim üzündən bura düşdüm. 22 yaşı var, gənc çağlarını yaşayır. Yaxşı ata olmadım mən. İndi lazım idim ona”.

Tofiq Abbasov da həmkarı kimi özü öz qəzetini təsis edib, həmin qəzetin baş redaktoru olub:
“Qəzet çox yaxşı qəzet idi. Onun hər şeyini mən tərtib edirdim. Bir çox baş redaktorlardan təşəkkür almışam. Rəhbəri olduğum qəzetin əməkdaşın qanunsuz əməlinə görə ittiham olunmuşam. O kimdənsə aldığı pulu mənim göstərişimlə aldığını deyib. Və beləcə günahkarlar sırasına mən də qoşuluram. 10 il cəza alıram. Sonradan peşman olduğunu və vicdan əzəbı çəkdiyini desə də faydasız olur. Heç kimə bura düşməyi arzulamıram. Bura düşmək ailəyə də pis təsir edir”.

Elxan Ağamalıyev də həmkarları kimi, səhvi ucbatından həbs olunub, 9 il cəza alıb:
“Tutulmağımın səbəbi vasitəçilik olub. 2011-ci ildə dostumla çayxanada oturub çay içirdik. Orada yaxın yoldaşlarla rastlaşdıq. Onlardan birinin uşağını ali məktəbə qoymaq məsələsi var idi. Yanımdakı yoldaş dedi ki, mən edərəm. Bunlar bir-biri ilə tanış oldu. Mənsiz görüşdülər, sənəd alıb-verdilər və s. Daha sonra xeyli pul da verib ona. Üstündən 2 il keçdikdən sonra dostum məndən şikayət etdi. Səbəb kimi isə, həmin adama 8 min pul verib, amma qızı universitetə daxil olmayıb. Günahkar kimi isə məni çıxardı. Pulu məndən istədi. Həmin adam da yaxın durmadı. Xəbəri olmadığını dedi. Olan da mənə oldu. Bu işə baş qoşduğum üçün peşmanam. Nəvəm yanıma gələndə soruşur ki, baba burada nə edirsən? Qapıdakı əsgərləri görmədin, əsgərlikdəyəm mən. Ermənilərlə müharibədəyik, nə vaxt müharibə bitsə, evə gələcəm. Anamın ölümünü də balaca nəvəmdən eşitdim təsadüfən. Özümə bağışlaya bilmirəm ki, anamı dəfn edə bilmədim”.