BolgeXeber.Com » Siyasət » Dövlət başçısı əlillər üçün sosial reabilitasiya mərkəzlərinin açılışında iştirak edib

Dövlət başçısı əlillər üçün sosial reabilitasiya mərkəzlərinin açılışında iştirak edib

29-12-2016, 17:31
Oxunub: 2 654 Dövlət başçısı əlillər üçün sosial reabilitasiya mərkəzlərinin açılışında iştirak edibAzərbaycan prezidenti və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış olublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunmuş yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin açılışı olub.

Bolgexeber.com-un məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu açılışda iştirak ediblər.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verib.

Azərbaycan prezidenti və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış olublar.