loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ

Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ"Azərbaycanda elə məşhurlar var ki, özlərinə 1 nömrə deyirlər, kirayədə yaşayıb, yüz minlik maşın sürürlər"

Azxeber.com 2 ildir Türkiyədə yaşayan və orada təhsil alan azərbaycanlı aktrisa və aparıcı Tunay Əliyevadan müsahibə alıb.

Bolgexeber.com həmin müsahibəni təqdim edir:

– Tunay, neçə vaxtdır ki, yoxa çıxmısan. Əvvəl həm efirin, həm sosial şəbəkələrin fenomeni idin. Nə baş verir?

– Artıq iki ilə yaxındır ki, İstanbula köçmüşəm. İndi artıq unudulmuşam deyirsiniz?

– Səncə, Azərbaycanda unudulmaq asandır, yoxsa tanınmaq?

– Məncə, bir xanım qarşısına məşhur olmaq məqsədi qoyarsa, nəinki Azərbaycanda, dünyanın harasında olursa-olsun bunu asanlıqla edə bilər. Ancaq əsas bunu necə və hansı yol ilə etməsidir. Unudulmağa gəldikdə isə elə adamlar unudulub ki, mən kiməm ki onların yanında.

– Bir qadın üçün tanınmaq asandır dedin. Bəs sən bir xanım olaraq Azərbaycanda hansı yolla tanınmısan?

– Mən Azərbaycanda 8-ə yaxın televiziya layihəsinin aparıcısı olmuşam. İki filmdə baş rol, bir serialda bir il boyunca baş rollardan birini oynamışam. Ancaq ilk dəfə ANS kanalında “Zərif çərşənbə” verilişi ilə tanındım. Daha sonra “Space” kanalında hava haqqında məlumatı fərqli təqdim etməyimlə məşhurlaşdım. Bu məni tamaşaçılara daha da sevdirdi.

Tunay Əliyeva:

– Tunay, bəzi aparıcılar var ki, elə sən dediyin hava haqqında xəbərləri, hansısa şou verilişlərini apara-apara yüz minlik avtomobillər idarə edir və bu da cəmiyyətdə birmənalı qarşılanmır. Səncə, onlar bu qədər pulu necə qazanırlar?

– Vallah, sağlıqlarına qismət deyirəm, bilmədiyim, görmədiyim bir şey haqqında nə deyə bilərəm ki? Yox, mənim yüzminlik maşınım olmayıb, balaca qırmızı bir maşınım var idi, onu da İstanbula köçəndə satdım. Azərbaycanda elə məşhurlar var ki, özlərinə 1 nömrə deyirlər, kirayədə yaşayıb, yüz minlik maşın sürürlər. Şükürlər olsun ki, mənim iki-üç evim var. Mən evi olmadan maşın və geyimə pul xərcləyənləri başa düşmürəm. Axı bu göstəriş kimə lazımdır? Bu, məncə, kompleksdir, gərək o adamlar psixoloqa getsinlər.
Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ

– Ümumiyyətlə, səncə, bu gün Azərbaycanda irəli getmək üçün nə lazımdır?

– Nəinki Azərbaycanda, əgər istedadın varsa, harada olursan-ol, irəli gedəcəksən. İstedadla yanaşı, səbr və çox işləməklə istədiyinə nail olmaq olar. Bir də məncə, bu alın yazısıdır.

– Ancaq faktdır ki, nə qədər istedadlı insan efirdən kənar qalır…

– Bəli, acı da olsa, bu, gerçəkdir. Amma nə etmək olar, belə hallar da var. Efirin istedad istədiyini sizə kim dedi? Efir reytinq və gündəm istəyir, efirin istedadla əlaqəsi yoxdur artıq. Bu gerçəyi siz də bilirsiniz, mən də.

– Azərbaycanda sponsor anlayışı fərqli başa düşülür. Çoxları üçün sponsor sevgili deməkdir. Xüsusən də belə “sponsorlar” efirə çıxan qızlara sahib olmaq istəyirlər. Sən belə halla qarşılaşmısanmı?

– İstedadlı insanlara hansısa şirkət və ya iş adamları tərəfindən mütləq dəstək lazımdır. Təəssüf ki, bu da çox vaxt həmin istedadlı insana baha başa gəlir. Normal həyatda qarşılaşmışam, amma aparıcısı olduğum verilişlər həmişə reytinqli olduğu üçün belə bir hal ilə rastlaşmamışam. Əgər qarşılaşsaydım, məni tanıyanlar bilirlər ki, açıq sözlü adamam və bunu açıq deyərdim. Ancaq heç bir televiziya rəhbəri tərəfindən özümə əxlaqsız təklif görməmişəm. Bunun səbəbi isə istedadli olmağım və televiziya rəhbərinin istədiyi reytinqi ona verməyi bacarmağımdır. Məncə bu təklif daha çox istedadsız insanlara edilir. Çünki o insanın efirə çıxması üçün istedadı yoxdursa, o zaman sponsor başqa bir şey təklif edəcək.
Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ

– Əslində, bu mövzuda tam səmimi olmadığını düşünürəm. Keçək başqa suala, bayaq dedin ki, 2 ildir İstanbuldasan. Nə işlə məşğul olursan Türkiyədə?

– Səmimi olmadığım məqam hansıdır, sizcə?

– Mən düşünmürəm ki, sevgili olmaq təklifi yalnız istedadsız insanlara gəlir. Cəmiyyətdə elə şəxslər var ki, onlar efirdə gözəl qız görən kimi ona talib olurlar, bu istedada baxmır.

Tunay Əliyeva: – Bu tamam başqa mövzudur axı. Efirdən görüb aşiq olmağı deyirsinizsə, burada qeyri-adi nə var ki, bu normaldır.

– Bəli, söhbət televiziya rəhbərlərindən getmir. Burada qeyri-adi olan odur ki, o adamlara yox deyən həmin şəxslər bir müddət sonra efirdə də görünməməyə başlayırlar.

– Xeyr, sizinlə razı deyiləm. Onlar kriminal avtoritet-filandırlar ki, kimisə efirdən uzaqlaşdırsınlar? Bu yalnış düşüncədir. Siz deyirsiniz, cəmiyətimiz belə psixopatlarla doludur ki? Bu nadir olan şeylərdir, məncə, mən belə şeylərlə rastlaşmamışam şəxsən, heç eşitməmişəm də.

– Qayıdaq bayaqkı suala. İstanbulda nə işlə məşğulsan iki ildir?

– İstanbulda oxumağa gəldim. İlk təhsilim hüquqdur və burada hazırda Türkiyənin böyük sənətkarı Ala Alqandan aktyorluğun sirlərini öyrənirəm. Türkcə diksiyamı düzəldirəm. Özümü burada sınayacağam. Görek istedadıma burada qapılar açılacaqmı? (gülür)

– Amma məncə, Türkiyədə də irəli getmək üçün kiminləsə sevgili olmalısan…

– Vallah, nə deyim, mən belə şeylə Azərbaycanda rastlaşmamışam. Ümid edirəm, burada heç rastlaşmaram. Çünki burada sistem tamamilə fərqlidir. Baş rolda oynayan aktyorlar ayda 30-40 min dollar qazanırlar. Onları prodakşn şirkət seçir və reytinqin hesabına şirkətə pul gəlir. Sizə bütün sistemi dedim artıq. Ümid edirəm, düşüncəniz dəyişəcək bundan sonra. Bu bir sənət olmaqdan əlavə, böyük biznesdir.
Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ

– Səncə, sən nə vaxtsa aya 30-40 min dollar qazana biləcəksən? Məncə, bu günə qədər heç bir azərbaycanlı Türkiyədə aya o qədər pul qazanmayıb…

– Burada çəkən də, çəkilən də qazanmaq istəyir. Mən qazana bilərəm, çünki buna potensialım var. Çünki heç bir məşhur türk kolleqamdan nə görünüş, nə də bacarıq olaraq əksikliyim yoxdur. Hətta bəzilərinə aktyorluqdan master-klass da keçərəm.

– Tunay, puldan söz düşmüşkən, bir müddət öncə müsahibəndə demişdin ki, pul üçün hər şey edərsən. Yenə belə düşünürsən?

– Onu elə deməmişdim. Demişdim ki, qorxuram, ehtiyac üzündən pul üçün hər şey edim. Bu yalnış anlaşılmışdı. Mən pul üçün hər şey edən qıza oxşayıram? Mənim təhsilim, maddi durumum, şükürlər olsun ki, yerindədir. Nə kiminsə puluna, nə də başqa şeyə ehtiyacım yoxdur. Lazım olsa, mən kiməsə sponsor olaram (gülür)

– Bir də demişdin ki, Azərbaycanda ərinə xəyanət etməyən kişi yoxdur, səncə, kişilər nəyə görə xəyanət edirlər, kim onları yoldan çıxarır?

– Bəli, demişdim və bu gün də sözümün arxasındayam ki, Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, əksini sübut edən varsa, çıxsın ortaya. Kişilərimiz sadiq deyillər və sadiq olanları da məsxərəyə qoyub öz aralarında ələ salırlar. Sanki qadınına xəyanət etməyən kişi kişi deyil. Bu nə psixologiyadır, hələ də anlaya bilmirəm. Bir daha deyirəm ki, əksini deyən varsa, çıxsın qarşıma, mən sözümün arxasındayam.

– Neyləyəcəksən əksini deyənə?

– Suallarım olar da ona, yəqin. Arvadına xəyanət etməyən kişiyə bizim kişilər çox pis baxırlar. Bu faktdır.

Tunay Əliyeva:
Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ

– Tunay, səncə, azərbaycanlı bəzi qızlar nəyə görə türk oğlanlara meyllidirlər? Nə görüblər onlarda?

– Sözün açığı, o gün bir dostumla buna görə mübahisə etdim və münasibətimizi bitirib masadan qalxıb getdim. Söhbət belə oldu: Dostum mənə gülə-gülə dedi ki, “yaxşı ki, bu türk oğlanları var, yoxsa bizim tərbiyəsiz, heç kim almayan qızlarımızı kim alardı?” Mən də dedim ki, sizin küçələrə salıb, bakirəliyini pozub əxlaqsız etdiyiniz qızları türklər alıb həyat yoldaşı, ana edirlərsə, siz onlara minnətdar olmalısınız. Həyatını korladıqlarınızı onlar ana edir, ailə edir, çox da gözəl yaşayırlar. Məncə, bu cavab düşündürməlidir.

– Bəs sənin həyatında kimsə var indi?

– Mənim həyatımda təhsilim və işim var. Hələ karyeram haqqında fikirləşirəm…

– Tunay, səncə, bizim qızlar necə həyat yoldaşı istəyirlər?

– Məncə, ailəsinə sadiq olan, işinin nə olmasından asılı olmayaraq qazancını ailəsinə xərcləyən kişi hər bir qadının xeyalıdır.

– Nə vaxtsa özünü yenidən Azərbaycan televiziyalarında görürsən? Yoxsa artıq bitirmisən bu məsələni?

– Yox, niyə ki, təhsilimi bitirdikdən sonra vətənimə dönəcəm. Əlbəttə ki, mən Bakısız yaşaya bilmərəm və mütləq televiziyalarımızın birində işə başlayacam. Deyəsən, darıxmısınız?

– Efirdə yox, sosial şəbəkədə olmayanda darıxırıq sənin üçün. Sosial şəbəkədən söz düşmüşkən, bir vaxt demişdin ki, sənə inbox-a yazanların mesajlarını yayacaqsan. Nə oldu o işin axırı?

– Vallah, bir idisə, min oldular. Bilmədim hansını yayım, mən də asan yolunu tapdım, onları iqnor etdim.

– Cəmiyyətdə ciddi şəxs kimi qəbul olunanlar da çox vaxt “facebook”da qızlara “podxod” edirlər.

– (Gülür) Bu həyatda məsələ gözəl qadın olanda ciddi heç nə qalmır.

– Yəni deyirsən ki, istənilən kişini yoldan çıxara bilərsən…

– Sınamamışam, ancaq məncə, belə bir potensialım var.

– Tunay, bizdə bir şey də var ki, hətta ən əxlaqsız qızlar belə sosial şəbəkələrdə özlərini mələk kimi aparırlar. Yəni çoxları göründüyü kimi deyil, səmimiyyət çatışmır. Bu nəylə bağlıdır?

– Bizim cəmiyyətdə əxlaqsızlıq bəzi beyinlərdədir, kiminsə əxlaqından bizə nə. Bacımızdır? Anamızdır? Nəyimizdir axı? Hər kəsin öz həyatı var və özü-özünə yol seçib.

Tunay Əliyeva:

– Yəni dediyim odur ki, əxlaqsız belə özünü tam sərbəst şəkildə əxlaqsız kimi təqdim edə bilmir.
Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ

– Özü bilər necə yaşayır. Bəs mən də deyirəm də, nə vaxt biz insanların həyatı ilə türklər demişkən, uğraşmağı bıraksak, o zaman hər kəs necə varsa elə görünəcək. Məni şəxsən maraqlandırmır bu cur mövzular. Çox qəribə suallar verdiniz bu gün, beynim qarışdı, psixologiyam pozuldu, sizi bağışlamayacam (gülür)

– Həyatda elə bir səhvin olub ki, ona baxıb həzz almısan? Demisən ki, səhv olsa belə, yaxşı edib etmişəm bunu?

– Hə olub. Bikinidə etdiyim fotossessiya. İndi fikirləşirəm ki, yaxşı edib etmişəm, əcəb etmişəm. Əlimin içindən gəlib.

– Sən niyə həzz alırsan ki öz şəkillərindən?

– Sevirəm də özümü, nə edim? (gülür)

– Bəs nə vaxtsa kiminsə bədbəxtliyinə sevinmisən?

– Əsla. Amma mən heç vaxt unutmayacam.

– Bəs kiminsə bədbəxt olmasını arzulamısan?
Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ

– Mənim qəza xəbərim yayılanda altından sevinə-sevinə “yaxşı oldu” yazan insanları bağıslamayacam. İnsan qəzaya sevinməz. Çünki bundan heç kimin balası siğortalanmayıb. Heç kimə bədbəxtlik arzulamamışam, çünki mənə pislik edənlər onsuz da bədbəxt adamlar olub. Arzulamağa ehtiyac qalmayıb.

– Son olaraq oxucualarımıza nə demək istəyirsən?

– İkinci dəfə həyata gəlsəydiniz, kim olardınız? (gülür)
Xanımlarımıza sağlamlıq, övlad sevgisi və başlarını rahat qoya biləcəkləri kişi çiyni. Kişilərimizə isə çoxlu pul arzulayıram və onlardan xahiş edirəm ki, xanımlarına sadiq olsunlar. Bu qədər. Təşəkkür edirəm.
Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ
Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ
Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ
Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ
Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ
Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ
Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ
Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ
Bölmə: Müsahibə-Reportaj | 30 dekabr 2016 09:49 | Baxış sayı: 171





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: