BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda sərnişinlərin həyatı ilə oynayan sürücü (VİDEO)

Bakıda sərnişinlərin həyatı ilə oynayan sürücü (VİDEO)

30-12-2016, 12:33
Oxunub: 3 865 Bakıda sərnişinlərin həyatı ilə oynayan sürücü (VİDEO)Bir əlində telefon, digər əlində isə siqaret

Belə vəziyyətdə də avtobusu idarə edir. Üstəlik musiqinin səsi də ətrafı bürüyüb.

Xezerxeber.az xəbər verir ki, görüntülər 38 saylı avtobusda qeydə alnıb. Sərnişinlərdən birinin lentə aldığı kadrlar “Xəzər Xəbər”ə göndərilib. Kadrlarda avtobus sürücüsünün qayda pozuntusu açıq-aydın görünür.

Sürücü avtobusu idarə edə-edə siqaret çəkməklə yanaşı, telefonla danışır. Nəticədə də sərnişinlərin həyatını təhlükəyə atır.

Məsələyə Bakı Nəqliyyat Agentliyi 38 saylı marşurut xəttinin sahibkarına xəbərdarlıq edib. Daşıyıcı şirkətin xətt rəisi Ələsgər Əsgərov deyir ki, qaydanı pozan sürücü Elşən Hümbətov artıq cəzalandırılıb.

Daşıyıcı şirkətin digər sürücülərinə isə belə halların yaşanmaması üçün təlimatlar verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: