BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi bayramla tədbirlərə start verdi-FOTO

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi bayramla tədbirlərə start verdi-FOTO

30-12-2016, 12:49
Oxunub: 2 816 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi bayramla tədbirlərə start verdi-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar silsilə tədbirlərə start verdi

Bolgexeber.com xəbər verir ki,bu tədbirlərdən biri 29 dekabr tarixində Bərdə rayon “Bayraq meydanında” baş tutan “Xoş Qədəmlərin Mübarək Yeni İl” adlı konsert proqramı oldu. Meydanın bayramsayağı bəzədilməsi, əhalinin şənlənməsi əsl bayram sevinci yaşatdı. Tədbirdə rayon Mədəniyyət Mərkəzi və filialları, şəhər 1 və 4 nömrəli uşaq incəsənət məktəbləri, 2 və 3 nömrəli uşaq musiqi məktəbləri, Divanlı, Kətəlparaq, Kolayır kənd uşaq musiqi məktəbləri, muzey və kitabxana işçiləri və şəhər əhalisi iştirak etdi. Şənlikdə Bərdə rayon Mədəniyyət Mərkəzinin “Qarabağ” xalq çalğı alətləri ansamblı geniş və rəngarəng konsert proqramı nümayiş etdirdi. Tədbiri şəhər 2 nömrəli uşaq musiqi məktəbinin xor kollektivi “Şən Yolka” mahnısı ilə açdı. Ansamblın üzvlərindən Fəxri Mədəniyyət işçisi Reyhan Rəcəbova, Ərəstun Əliyev, Firdovsi Məmmədov, Misir Məmmədov, Tərgül Orucova, Məhəmmməd Mustafalı, Arzu Bərdəli rəngarəng konsert proqramı ilə tədbir iştirakçılarına xoş anlar yaşatdılar, uşaqların əyləncəsi isə konsertə gözəl bir ahəng qatdı. Səsləndirilən ifaların gözəlliyi davamlı olaraq alqışlarla qarşılandı.
Tədbirdə “Doğma Azərbaycanım mənim” adlı sərgi nümayiş etdirildi.
Çıxış edən rayon rəhbəri tədbir iştirakçılarını salamladı və daha sonra xoş təbriklərini çatdırdı, həmçinin vurğuladı ki, 2016-cı il rayonumuz üçün uğurlu bir il oldu. Rayonumuzda aparılan abadlıq işləri il boyunca davam etdi. Bu işlərin 2017-ci ildə də daha da səylə davam etdiriləcəyini qeyd etdi. Daha sonra Bərdə ictimaiyyəti adından ulu öndər Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevi və Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanı təbrik etdi.
Yeni ilin atributu olan Şaxta baba və Qar qız da həmçinin tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə salamladı və təbrik etdi. Tədbirin gedişatında Şaxta baba və Qar qız uşaqlarla rəqs edərək onlara hədiyyələr payladı.
Rayonun ictimai-siyası və mədəni həyatında fəal iştirakına görə rayonun bir sıra fəalları müxtəlif dəyərli hədiyyələrlə təltif olundu.
Onu da qeyd edək ki, bu cür tədbirlər Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan bütün müəssisələrdə və həmçinin vətən keşiyində olan qəhrəman əsgər və zabit heyətinin qarşısında da qeyd edilməkdədir. Buna misal olaraq şəhər 1 və 4 nömrəli uşaq incəsənət məktəbləri, 2 və 3 nömrəli uşaq musiqi məktəbləri, Divanlı, Kətəlparaq və Kolayır kənd uşaq musiqi məktəblərinin ayrı-ayrılıqda təşkil etdikləri bir birindən maraqlı və rəngarəng tədbirləri misal gətirə bilərik. Onu da nəzərə çatdıraq ki, uşaq musiqi və incəsənət məktəbləri cəbhə yanı ərazilərdə yerləşən, düşmənlə təmasda olan hərbi hissələrdə də bayram konsertləri təşkil edir, onlara bayram sovqatı hədiyyə edirlər.
Bayramınız Mübarək Olsun!
Bolgexeber.com