Oqtay Əsədov: “Bu kitabları yazanlar üzə çıxarılmalıdır”
30-12-2016, 13:32
Oxunub: 3 048
“Bir qrup tarixçi müəllim mənə müraciət edib. Müəllimlərin dediyinə görə, 8-ci sinifdə rus dili bölməsində Azərbaycan və Qarabağın tarixi ayrıca kitablarla tədris olunur. Bu məsələ araşdırılmalıdır”
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O qeyd edib ki, bu məsələ diqqətdə saxlanılmalıdır: “Tarixi ayrıca tədris etmək nə deməkdir? Azərbaycana məxsus yerlərin ayrıca tədris olunmasına nə ehtiyac var ki?!”
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, bu məsələyə aydınlıq gətirilməlidir.
Əmək və sosial siyasət komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib ki, bu, təxribatdır: “Bir tarix var, o da Azərbaycan tarixidir. Buna kəskin etiraz edirik, bu təxribatın qarşısı alınmalıdır”.
Oqtay Əsədov da yenidən çıxış edərək deyib ki, bu kitabları yazanlar üzə çıxarılmalıdır: “Araşdırın görək bunu kim yazıb”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər