BolgeXeber.Com » Ölkə » Bakı Sosial-Pedaqoji Kollecində bazar açılıb?

Bakı Sosial-Pedaqoji Kollecində bazar açılıb?

30-12-2016, 15:56
Oxunub: 2 638 Bakı Sosial-Pedaqoji Kollecində bazar açılıb?Tələbələrin sözlərinə görə, kollecdə imtahanlara hazırlaşıb-hazırlaşmamağının heç bir əhəmiyyəti yoxdur

Bakı Sosial-Pedaqoji Kollecində tələbələrdən imtahanlar üçün pul yığılması ilə bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olub

AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, kollecin Təsviri-İncəsənət fakultəsində tələbələrin dərsə davamiyyəti çox aşağıdir. Və bu vəziyyətdən kollec rəhbərliyi şəxsi məqsədləri üçün yararlanmaqdadır. Belə ki, hər tələbədən qış smestrini "yola vermək" üçün 400 manat pul istənildiyi deyilir.

Tələbələrin sözlərinə görə, kollecdə imtahanlara hazırlaşıb-hazırlaşmamağının heç bir əhəmiyyəti yoxdur.

Qeyd edək ki, Bakı Sosial-Pedaqoji Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Humanitar Kollecinə birləşdirilib. Bakı Sosial-Pedaqoji Kollecinin direktoru Vaqif Əmiraslanovun adı mediada heç də yaxşı cəhətdən hallanmayıb. Mediada yazılanlara inansaq görərik ki, kollec direktoru qardaşı Əhliman Əmiraslanova güvənərək, rəhbərlik etdiyi kollecdə “bazar” pirinsiplərini hər növbəti tədris ili daha da dərinləşdirir.

Bakı Sosial-Pedaqoji Kolleci ilə bağlı redaksiyasiyamıza daxil olan şikayətləri araşdırmaqdayıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.