BolgeXeber.Com » Xəbərlər » 11 binanın istilik sistemi kəsildi - Sakinlərdən etiraz -FOTO/VİDEO

11 binanın istilik sistemi kəsildi - Sakinlərdən etiraz -FOTO/VİDEO

30-12-2016, 16:01
Oxunub: 2 131 11 binanın istilik sistemi kəsildi - Sakinlərdən etiraz -FOTO/VİDEOXətai rayonu, Gəncə prospektində sakinlər etiraz aksiyası keçiriblər

11 binanın istilik sistemini təmin edən qazanxananın bağlanması əhalinin narazılığına səbəb olub.
Sakinlərin sözlərinə görə, binaların istilik sistemləri normal olsa da, qazanxananı qazla təmin edən xəttin təzyiqi az olub. Bu səbəbdən də bir neçə gündür ki, qazanxananın işi dayandırılıb, qapısına qıfıl vurulub. Sakinlər isə evlərində soyuqdan əziyyət çəkirlər.
Bu səbəbdən də bu gün 50-yə yaxın sakin etirazlarını bildirmək üçün magistral yolu bağlayıb, ərazi üzrə qaz idarəsinin rəisinin gəlməsini tələb ediblər. Sakinlər magistral yolda canlı sədd çəkərək, nəqliyyatın hərəkətini dayandırıblar.
Hadisə yerinə gələn polis əməkdaşları aksiya iştirakçılarını yoldan kənarlaşdırmağa çalışıblar. Əhaliyə söz verilib ki, onların problemi həll ediləcək. Polis əməkdaşları ərazi üzrə qaz idarəsinin nümayəndəsini hadisə yerinə çağıracaqlarını vəd ediblər.
Çəkiliş zamanı özünü Xətai Rayon 36-cı polis bölməsini rəisi kim təqdim edən şəxs vəzifə səlahiyyətlərini aşaraq, bayağı ifadələr işlədib, çəkilişimizə mane olmağa çalışıb. Onun ətrafında olan mülki geyimli şəxslər isə əməkdaşımızı hadisə yerindən uzaqlaşdırmaq istəyib.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
11 binanın istilik sistemi kəsildi - Sakinlərdən etiraz -FOTO/VİDEO
11 binanın istilik sistemi kəsildi - Sakinlərdən etiraz -FOTO/VİDEO
11 binanın istilik sistemi kəsildi - Sakinlərdən etiraz -FOTO/VİDEO
11 binanın istilik sistemi kəsildi - Sakinlərdən etiraz -FOTO/VİDEO