BolgeXeber.Com » Xəbərlər » Aygün Kazımova "Hollivud" restoranını ifşa etdi: "Xalqı aldadıb, fırıldaq edirlər"

Aygün Kazımova "Hollivud" restoranını ifşa etdi: "Xalqı aldadıb, fırıldaq edirlər"

30-12-2016, 17:14
Oxunub: 5 288 Aygün Kazımova "Hollivud" restoranını ifşa etdi: "Xalqı aldadıb, fırıldaq edirlər"Yeni il gecəsi paytaxtda fəaliyyət göstərən elit restorandan xalqa qarşı fırıldaq

Bolgexeber.com xəbər verir ki, restoranlardan biri sənətçilərin adından istifadə edərək Yeni İl gecəsinə bilet satışını həyata keçirib. Lakin həmin müğənnilər orada iştirak etməyəcəklər. Bu barədə xalq artisti Aygün Kazımova məlumat paylaşıb. O, həmin sahibkarları fırıldaqçı adlandırıb:

"Əziz həmvətənlərim, neçə gündür ki, "Hollywood" restoranında Yeni il gecəsi səhnəyə çıxacağımla bağlı reklam çarxları yayımlanır. Mən bu gün xəbər tutmuşam. Bu, yalan məlumatdır. Mənim xəbərim belə olmadan adımı reklam çarxına, afişa və bukletlərinə salıblar.

Bu, yalnız məlumatdır! Mən Yeni il gecəsi həmin restoranda səhnəyə çıxmayacağam. Bu fırıldaqlıdır. Həm mənə, həm də ora bilet alanlara qarşı fırıldaqdır. Bu restoranı işlədən şəxslər sizə və mənə qarşı oyun oynayır. Bu məlumatı sizə çatdırmağı özümə borc bildim. Məndən istifadə edə bildilər, heç olmasa Siz aldanmayın.

Hörmətlə, Sizin Aygün".
Milli.az