BolgeXeber.Com » Xəbərlər » Tərtər rayonunun körpələr evi-uşaq bağçalarında Yeni il şənlikləri keçirilir-FOTO

Tərtər rayonunun körpələr evi-uşaq bağçalarında Yeni il şənlikləri keçirilir-FOTO

30-12-2016, 19:14
Oxunub: 4 422 Tərtər rayonunun körpələr evi-uşaq bağçalarında Yeni il şənlikləri keçirilir-FOTOBu gün Seydimli kənd körpələr evi-uşaq bağçasında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə bayram şənliyi keçirildi

Tədbiri giriş sözü ilə açan bağçanın müdiri Hicran Hüseynova tədbir iştirakçılarını hər iki bayram münasibəti ilə təbrik edərək uşaqlara açıq səma, çöhrələrində gülüş, sülh və əmin-amanlıq şəraitində böyüməyi arzuladı.
Balacalar Yeni İl şənliyinə şən rəqslərlə başladılar. Şaxta babanın gəlişi onların sevincinə sevinc qatdı. Murad, Kənan Səidə Yeni ilə, Şaxta babaya və Qar qıza aid şeirlər söylədilər, Nuray, Fatimə, Davud, Zeynəb və Nihat rəqs edib səhnəciklər göstərdilər. “Turpun nağılı”, “Hansı sənət yaxşıdır” səhnəcikləri, “Leytenant”, “Yeni il gəldi”, “Buzovum” nəğmələri hamının xoşuna gəldi.
Şaxta babanın və qar qızın iştirakı ilə balacalara Yeni il hədiyyələri paylandı.
Bolgexeber.com