BolgeXeber.Com » Dünya » Erməni nazir istefa verdi

Erməni nazir istefa verdi

27-12-2010, 18:40
Oxunub: 5 476
Ermənistanın “Orinats Yerkir” partiyası bu ölkənin kənd təsərrüfatı naziri Gerasim Alaverdyanın istefa verəcəyini bildirib.

Bu barədə bu gün mətbuat konfransında partiyanın sədri, Ermənistan milli təhlükəsizlik şurasının sədri Artur Baqdasaryan söyləyib.Onun sözlərinə görə, bu barədə qərar Ermənistan prezidenti Serj Sarkisyanla müzakirələr zamanı qəbul olunub. Bununla yanaşı, Artur Baqdasaryan bildirib ki, bu, onlara qarşı təzyiqin nəticəsi deyil. Onun sözlərinə görə, onlara təzyiq etmək də o qədər də asan iş deyil: ““Orinats Yerkir” partiyasından olacaq yeni kənd təsərrüfatı naziri postuna namizədin adı yanvarın 10-da məlum olacaq”.

Qeyd edək ki, Gerasim Alaverdyan kənd təsərrüfatı naziri postuna ötən ilin may ayında təyin edilib. Ermənistanın hakim koalisiyasında kənd təsərrüfatı naziri postu kvotaya görə “Orinats Yerkir” partiyasına məxsusdur