BolgeXeber.Com » BÖLGƏ TV » İstanbuldakı dünənki terrorun izləri yenə də eyni serialda – Video

İstanbuldakı dünənki terrorun izləri yenə də eyni serialda – Video

2-01-2017, 09:43
Oxunub: 3 287 İstanbuldakı dünənki terrorun izləri yenə də eyni serialda – VideoTürkiyə Yeni ili faciə ilə qarşılayıb

Axşam.az-ın Türkiyə mərbuatına istinadən məlumatına görə, İstanbulda, “Reina” klubda baş verən terrorda 40-dan çox insan dünyasını dəyişib, 60-dan çox insan yaralanıb. Yaralananlar arasında iki azərbaycanlı var. Terroru törədənlər Santa Klaus geyimində olublar.

Bu gün Türkiyə mediası hadisənin illər öncə Samanyolu TV-də yayımlanan “Kollama” serialındakı bir səhnəyə bənzədiyini üzə çıxarıb.

Maraqlıdır ki, bir müddət əvvəl Rusiya səfirinin öldürülməsi hadisəsi də eyni serialın 89-cu seriyasında yer almışdı. Santa Klaus səhnəsi isə 90-cı seriyadadadır. Media artıq bunun bir təsadüf olmadığını qeyd edib.