Bazardan kartof aldı, içərisi qırmızı rəngdə çıxdı-VİDEO
2-01-2017, 10:13
Oxunub: 3 836
O, kartofu Beyləqan şəhərində bazardan aldığını deyir
Beyləqanda bir nəfər bazardan kartof alıb. Evdə doğrayarkən kartofun içinin qırmızı oldduğunu görüb.
Həmin şəxs bununla bağlı görüntüləri xezerxeber.az-a göndərib. O, kartofu Beyləqan şəhərində bazardan aldığını deyir. Sayt isə paytaxtadkı bazarlarda belə halların olub olmamasını araşdırıb. Məlum olub ki, başqa alıcılar da belə hala rast gəliblər.
Elə satıcılardan da bəziləri belə halların olduğunu deyib. Onların sözlərinə görə, içərisi qırmızı kartofa həm yerli, həmdə xaricdən gətirilən məhsullarda rast gəlinir.
Məsələ ilə bağlı sayt Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xdiməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, kartof laboratoriyada analizdən keçdikdən sonra münasibət bildirmək olar. Ümumilikdə isə qurumdan burada müxtəlif səbəblərin ola biləcəyi deyilib. Belə ki, əgər torpaqda fosfor, kalium, dəmir çox olarsa, kartofun içərisi qırmızı olur. Bununla yanaşı kartofun növündən də çox şey aslıdır. Belə kartofdan istifadə insan orqanizmi üçün təhlükəli deyil. Hansısa vətəndaş belə halla qarşılaşdıqda qurumun laboratoriyasına müraciət edə bilər.
Qeyd edək ki, ötən il ərzində Dövlət Fitosanitar Nəzarəti Xdiməti tərəfindən 54 min 167 kiloqram yararsız kartof dövriyyədən çıxarılaraq məhv edilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər