BolgeXeber.Com » Dünya » Qazaxıstanda yaşayış binasının uçması nəticəsində doqquz nəfər ölüb

Qazaxıstanda yaşayış binasının uçması nəticəsində doqquz nəfər ölüb

2-01-2017, 10:35
Oxunub: 2 926 Qazaxıstanda yaşayış binasının uçması nəticəsində doqquz nəfər ölübQazaxıstanın Karaqanda vilayətində çoxmərtəbəli yaşayış binasının uçması nəticəsində doqquz nəfər ölüb

Bolgexeber.com-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan DİN rəsmisi Ruslan İmankulov bildirib.

“Xilasedicilər dağıntılar altından üçü uşaq olmaqla, 9 nəfərin meyitini çıxarıb. Binanın uçması nəticəsində xəsarət alan daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib”, deyə R.İmankulov qeyd edib.

Onun sözlərinə görə, hazırda davam edən xilasetmə əməliyyatına 280 nəfər cəlb edilib.

İnsidentin səbəbləri araşdırılır.