Binəqədidə evin yolunu kəsib yeni bina tikirlər
2-01-2017, 15:44
Oxunub: 1 744
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 12-də yerləşən binaya gedən yol hasarlanıb
Sakinlərə ərazinin təmir ediləcəyi, yolun abadlaşdırılacağı söylənilib. Amma deyilənlərin əksi baş verib, hasarlanmış ərazidə çoxmərtəbəli binanın tikintisinə başlanıb.
Bu barədə bina sakinləri virtualaz.org saytına ümvanladıqları şikayətlərində bildiriblər.
Onların sözlərinə görə, fövqəladə hal baş verərsə, maşınlar binaya yaxınlaşa bilməyəcək. “Təcili yardım çağıranda maşın yaxınlaşa bilmir, bəs yanğın baş verərsə, fəlakətin qarşısı necə alınacaq? Binaların arasındakı məsafə qorunmalıdır. Digər tərəfdən, ərazi uşaqların oynadığı yeganə yerdir. Bu barədə həm Binəqədi Rayon İcra Hakimiyyətinə, həm bələdiyyəyə, həm də ərazi nümayəndəliyinə şikayət etmişik. Hələlik şikayətimizə reaksiya verən yoxdur”, - bina sakini Sabir Cabbarov deyib.
Sakinlər bildirirlər ki, ərazidə 30 küknar ağacı var. Binanın tikintisi üçün ağacları kəsmək lazım olacaq: “Gecə-gündüz ağacları qoruyuruq. Ağaclar tikintinin aprılmasına mane olacaq. Bu bina tikiləndən sonra ərazidə sıxlıqdan nəfəs ala bilməyəcəyik. Tikintini aparanlar isə deyirlər ki, bələdiyyədən, icra hakimiyyətindən icazəmiz var. Belə qanunsuzluğa heç kim icazə verə bilməz. Əraziyə gələn icra nümayəndəsi də sakinlərə ümidverici heç nə demədi”, - sakinlər əlavə ediblər.
Qeyd edək ki, sözügedən ərazidə 45 ailə yaşayır.
Binəqədi Rayon İcra Hakimiyyətindən isə məsələdən xəbərsiz olduğunu deyiblər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər