BolgeXeber.Com » BÖLGƏ TV » İstanbulu qana boyayan terrorçunun yeni videosu yayıldı

İstanbulu qana boyayan terrorçunun yeni videosu yayıldı

3-01-2017, 09:45
Oxunub: 3 758 İstanbulu qana boyayan terrorçunun yeni videosu yayıldıİstanbuldakı "Reina" gecə klubunda Yeni il gecəsi terakt həyata keçirən şəxs barədə daha bir video yayımlanıb

Əldə edilən yeni videoda hücumda şübhəli bilinən şəxsin Türkiyəyə girişi əks olunub.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs gecə klubuna daxil olaraq atəş açıb. Nəticədə 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Ölənlər arasında 16 əcnəbi olub.

***
İstanbul şəhərinin Ortaköy rayonunda yerləşən “Reina” gecə klubunda Yeni il axşamı terror aktı törədən şəxsin görüntüləri yayılıb. “Qafqazinfo” “Haberturk”ə istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları təhlükəsizlik kameralarından terrorçunun görüntüsünü əldə ediblər.

Videoda onun hadisə yerindən taksiyə minərək uzaqlaşdığı və daha sonra avtomobildən düşdüyü görünür. Taksi sürücüsü ilə mübahisə edən terrorçunun başqa bir taksiyə minərək qaçdığı an kameralara həkk olunub.

Qeyd edək ki, “Reina”da törədilən terakt nəticəsində 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.




İstanbulu qana boyayan terrorçunun yeni videosu yayıldı