BolgeXeber.Com » Xəbərlər » "Vətəndaşlar məcbur bu baha qiymətli qidalardan istifadə etməli olurlar" - Nazirə şikayət

"Vətəndaşlar məcbur bu baha qiymətli qidalardan istifadə etməli olurlar" - Nazirə şikayət

3-01-2017, 12:10
Oxunub: 2 137 "Vətəndaşlar məcbur bu baha qiymətli qidalardan istifadə etməli olurlar" - Nazirə şikayətAzərbaycanda turizm potensialının yüksəldiyi dövrdə bu cür davranışlar turist axınının qarşısını alır

Gənc turizm jurnalisti və tur bələdçi Rəhim Qədirov Şahdağ Yay-Qış istirahət kompleksində qiymətlərin həddindən artıq baha olmasıyla bağlı Mədəniyyət və Turizm Nazirı Əbülfəz Qarayevə moderator.az vasitəsilə aşağıdakı məzmunda məktub ünvanlayıb: “Hörmətli Mədəniyyət və Turizm Nazirliyi, hörmətli Əbülfəz Qarayev, tur bələdçi kimi çalışdığım dövrdə turistlərin çoxsaylı şikayətlərini nəzərə alaraq bu məktubu sizə yazmağı borc bildim: Şahdağ Yay-Qış istirahət kompleksində həm istifadə olunan əşyalarda (xizək, xüsusi geyim,kanat xətti və s.həm də qidalanmaq üçün nəzərdə tutulan ərazilərdə qiymətlər həddindən artıq bahadır. Bundan başqa onu da qeyd edim ki, qida qiymətləri ilə keyfiyyətləri də üst-üstə düşmür. Nəzərə alsaq ki, turizm kompleksinin ətrafında alternativ obyektlər yoxdur, vətəndaşlar məcbur bu baha qiymətli qidalardan istifadə etməli olurlar. Azərbaycanda turizm potensialının yüksəldiyi dövrdə bu cür davranışlar turist axınının qarşısını alır.”
Bolgexeber.com