BolgeXeber.Com » Dünya » Qırğızıstan vətəndaşı İstanbuldakı terror aktı ilə əlaqəli olmasını təkzib edib
Qırğızıstan vətəndaşı İstanbuldakı terror aktı ilə əlaqəli olmasını təkzib edib
4-01-2017, 09:45
Oxunub: 2 529
"Dekabrın 31-də mən Qırğızıstan ərazisində olmuşam"
İstanbuldakı terror aktı ilə əlaqəli olduğu iddia edilən Qırğızıstan vətəndaşı Yəhya Maşrapov hücumla heç bir əlaqəsinin olmadığını bildirib.
APA-nın “AKİpress”ə istinadən verdiyi xəbərə görə, bundan əvvəl KİV-də İstanbuldakı gecə klubuna hücum törətməkdə Qırğızıstan vətəndaşı 28 yaşlı Yəhya Maşrapovun şübhəli bilinməsi barədə məlumat yayılıb. Sosial şəbəkələrdə hətta Y. Maşrapovun pasportunun sürəti də yayılıb.
“AKİpress”in məlumatına görə, yanvarın 3-də Türkiyədən vətəninə qayıdan Y. Maşrapov Bişkek hava limanında Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən dindirilib.
Maşrapovun bildirdiyinə görə, o, yanvarın 1-də sahibkarlıq fəaliyyəti ilə əlaqədar Bişkekdən İstanbula gedib, lakin qayıdarkən hava limanında Türkiyə polisi tərəfindən saxlanılıb və dindirilib.
“Onlar məni bir saatadək dindirdilər, bu səbəbdən reys bir saat yubanıb. Polislər dindirilmənin Yeni il gecəsi terror aktı ilə bağlı olduğunu, mənim fotodakı cinayətkara bir az oxşadığımı bildirdilər. Sonra məndən üzr istəyərək, təyyarəyə mindirdilər”, -deyə Maşrapov bildirib.
Maşrapovun sözlərinə görə, o, dekabrın 31-də Qırğızıstan ərazisində olub və terror aktı ilə heç cür əlaqəli ola bilməz. Onun sözlərinə görə, pasportunun sürətinin sosial şəbəkələrdə hansı yolla yayılmasından xəbərsizdir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər