BolgeXeber.Com » Siyasət » Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

4-01-2017, 09:46
Oxunub: 3 450 Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıbParlament qərar qəbul edi

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay müddətinə uzadılıb.Parlament fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.

Qeyd edək ki, fövqəladə vəziyyət rejimi 3-cü dəfə uzadılır. Hazırda tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti yanvarın 19-da başa çatır. Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. Fövqəladə vəziyyət rejimi bundan sonra oktyabrın 19-da üç ay müddətinə uzadılıb.