BolgeXeber.Com » İdman » "Arsenal" böyük fərqlə geridə olduğu oyunda heç-heçəyə nail olub - VİDEO

"Arsenal" böyük fərqlə geridə olduğu oyunda heç-heçəyə nail olub - VİDEO

4-01-2017, 10:12
Oxunub: 3 503 "Arsenal" böyük fərqlə geridə olduğu oyunda heç-heçəyə nail olub - VİDEOFutbol üzrə İngiltərə çempionatının 20-ci turunda "Bornmut" klubu görüşün ikinci hissəsində üç top fərqi ilə öndə olduğu oyunda "Arsenal"a qalib gələ bilməyib

Nəticədə Bornmutda keçirilən matç 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Ev sahiblərinin heyətində Çarli Deniels (16-cı dəqiqə), Kallum Uilson (20, penaldan) və Rayan Freyzer (58) fərqləniblər. "Arsenal"dan qolları Aleksis Sançes (70), Lukas Peres (75) və Olivye Jiru (90+2) vurub.
"Bornmut" oyunu 1 nəfər azlıqda başa vurub. Belə ki, 82-ci dəqiqədə Saymon Frensis qırmızı vərəqə alıb.
Yanvarın 14-də keçiriləcək növbəti turda "topçular" səfərdə "Suonsi" ilə qarşılaşacaqlar, "Bornmut" isə "Hall"ın qonağı olacaq.