BolgeXeber.Com » Ölkə » Hüseynbala Mirələmovun bacısı oğlu 300 işçinin maaşını vermir - ŞİKAYƏT

Hüseynbala Mirələmovun bacısı oğlu 300 işçinin maaşını vermir - ŞİKAYƏT

4-01-2017, 11:55
Oxunub: 2 319 Hüseynbala Mirələmovun bacısı oğlu 300 işçinin maaşını vermir - ŞİKAYƏT“Azeristeel” şirkəti əməkdaşlarının maaşlarını hələ də vermir

Bu barədə şirkətdə çalışan fəhlələr xəbər verib.

Onların dediyinə görə, bu şirkətin əməkdaşları, xüsusən də yerli mühəndislər və fəhlələr aylardır əmək haqqı ala bilmirlər. Yeni il gəlib və indiyə qədər əmək haqları ödənilməyib.

Bəzi fəhlələr dəfələrlə Bakı-Qaradağ yolunu kəsməyə çalışıb, Qaradağ rayon icra hakimiyyətinə müraciət ediblər. Ancaq maaşlar hələ də verilmir.

Onlar yeni aksiya keçirmək niyyətindədirlər. Bu dəfə Qaradağ rayonundan Bakının mərkəzinə yürüş etmək istəyirlər.

Bir nəfər işçi iki gün öncə öz damarlarını mühasibatlığın önündə doğramaq istəyib. Ümumiyyətlə, söhbət 300-dən artıq işçidən və onların qazancına bağlı ailədən gedir.

Bu şirkət poladəritmə ilə məşğuldur və bir çox Orta Asiya ölkələrinə dəmir məmulatları ixrac edir. Məlumata görə şirkətin arxasında bir neçə millət vəkili durur. (“AzeriSteel”) Direktorlar Şurasının sədri Rüfət Sucayevdir.

“Azərkimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin üzvü Muxtar Babayev onun himayəçilərindən biridir. Bundan başqa, R.Sucayev digər deputat Hüseynbala Mirələmovun bacısı oğludur.

Qaradağ Metal Konstruksiyalar Zavodunun direktorlar şurasının sədri Rüfət Sucayevin adı son günlər tez-tez mətbuatın gündəminə gəlir.

Mətbbuatda zavodda hökm sürən özbaşınalıqlar, maaşların aylarla gecikdirilməsi və yüz milyonluq layihələrdəki yeyinti faktları ilə bağlı çox maraqlı məlumatları açıqlamışdı.

Maliyyə məsələsini bəhanə gətirən zavod rəhbərliyi günü-günə satmaqla işçilərin başını qatır. Amma nədənsə direktorun özündə maliyyə problemləri hiss olunmur.

Yəni o bahalı maşınlarda gəzir, qiyməti bəlkə də 15 milyona olan villada yaşayır və sair. Zəhmətkeş insanların halal haqqına çatanda isə Rüfət müəllim pul tapa bilmir. Qaradağ Metal Konstruksiyalar Zavodu hazırda Rüfət və qardaşı Aqşin Sucayevlərin tam əsarəti altındadır.

Zavod əslində Hüseynbala Mirələmova məxsusdur. Amma bura nəzarəti bacısı uşaqları həyata keçirir. Deyilənə görə, deputat bu müəssisəyə 6 milyonluq sərmayə yatırıb.

Millət vəkilinin zavoda qoyduğu həmin vəsait onun Qaz Emalı Zavoduna direktor olduğu dövrdə əldə etdiyi külli miqdarda pulların kiçik bir hissəsidir. Məhz dayısının sayəsində Rüfət Sucayevin rəhbərlik etdiyi zavod iri layihələrə cəlb edilir.

Qaradağ Metal Konstruksiyalar Zavodunda bahalı aparatlar var. Hansı ki, onların qiyməti yüz milyonlarla dəyərləndirilir. Bu tip bahalı aparatların varlığı zavoda əlavə üstünlük qazandırır. Rüfət Sucayev dayısının birbaşa himayəsi altında ən nəhəng layihələri icra edir.

Bu işlərin qarşılığında zavodun büdcəsinə il ərzində böyük məbləğdə vəsait daxil olur. Amma zavod direktoru işçilərə deyir ki, pul yoxdur, olanda maaşlarınızı verərəm. İşçilərin əksəriyyəti artıq belə bəhanələrə inanmır. regionxeberleri.com